ABŞ Merkel və Netanyahunu gizli dinləyib - WikiLeaks
Tarix: 23-02-2016, 10:55 | Çap et
ABŞ Merkel və Netanyahunu gizli dinləyib - WikiLeaks
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi gizli şəkildə dünya liderlərinin telefon danışıqlarını dinləyib.

AzVision.az-ın `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə məşhur WikiLeaks saytı məlumat yayıb.

Məlumatda Milli Təhlükəsizlik Agentliyi BMT baş katibi Pan Qi Mun ilə Almaniya kansleri Angela Merkel, İsrailin baş naziri Benyamin Netanyahu ilə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni, keçmiş Fransa prezidenti Nikolya Sarkozinin Merkel və Berluskoni ilə telefon danışıqlarını dinləyib.

Bundan əlavə, Avropa İttifaqına üzv dövlətlər və Yaponiyanın ticarət nazirlərinin Ümumdünya Ticarət Təşkilatı mövzusunda danışıqları da dinlənilib.

WikiLeaks-ə görə, BMT baş katibi ilə Almaniya kansleri iqlim dəyişikliyi məsələsini müzakirə ediblər. Benyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə münasibətləri yaxşılaşdırmaq üçün Silvio Berluskonidən yardım istəyib. Nikolya Sarkozi isə İtaliya iqtisadiyyatının bərbad vəziyyətə düşəcəyi barədə Berluskoniyə xəbərdar edib. Məlumatda, həmçinin bəzi sənədlər ən yüksək məxfilik dərəcəsinə malik olması vurğulanır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net