Putin Ərdoğanı nüvə silahı ilə hədələdi
Tarix: 23-02-2016, 09:15 | Çap et
Putin Ərdoğanı nüvə silahı ilə hədələdi
Amerikalı nüfuzlu jurnalist Robert Perri Türkiyə - Rusiya münasibətlərinə dair qalmaqallı iddialarla çıxış edib. ANS PRESS-in məlumatına görə, Perri Rusiya prezidenti Putinin Ərdoğanı taktiki nüvə silahı ilə hədələdiyini bildirib. Robert Perri redaktoru olduğu “Consortiumnews.com” saytında məlumatı Putinə yaxın bir mənbədən aldığını iddia edib.

“Rusiya prezidenti Vladimir Putinə yaxın bir mənbə mənə, rusların Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana, hər hansı bir türk-səud quru hərəkatı olacağı təqdirdə lazım gələrsə Moskvanın taktiki nümə silahından istifadə etməyə hazır olması barədə xəbərdarlıq etdiyini deyib.”

Perri bildirib ki, Tyürkiyə NATO-ya üzv olduğu üçün belə bir toqquşma çox böyük bir sürətlə nüvə müharibəsinə çevrilə bilər.

“Çərşənbə axşamı günü jurnalistlər prezident Barak Obamaya sual verərkən soruşulması vacib olan amma verilməyən sual, Amerikanın Türkiyə ilə Səudiyyə Ərəbistanının Suriyanı işğal etməsinin qarşısını alıb-almayacağı idi. Çünki bu çirkli Suriya müharibəsinin üçüncü dünya müharibəsi və nüvə hesablaşmasına çevrilib-çevrilməyəcəyi bu sualın ətrafında idi.

"Türkiyə NATO üzvü olduğu üçün bu cür toqquşma sürətlə kütləvi nüvə müharibəsinə çevrilə bilər.”

Türkiyə və Səudiyyə Ərəbistanı dediyini eləyərsə və müxalif tərəfdalarını Rusiyanın dəstək verdiyi güclü Suriya ordusunun hücumundan qorumaq üçün hərbi müdaxilə edərsə bu təqdirdə Rusiya da Suriyadakı 20 minə yaxın hərbi heyətini müdafiə etmək üçün bir qərar verməyə məcbur olacaq.

Dünən Rusiya prezidenti Vladimir Putinə yaxın bir mənbə mənə, rusların Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana, hər hansı bir türk-səud quru hərəkatı olacağı təqdirdə lazım gələrsə Moskvanın taktiki nümə silahından istifadə etməyə hazır olması barədə xəbərdarlıq etdiyini deyib. Türkiyə NATO üzvü olduğu üçün bu cür toqquşma sürətlə kütləvi nüvə müharibəsinə çevrilə bilər.” – deyə Robert Perri fevralın 18-də yazdığı məqalədə bildirib.

Ötən il noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid “SU-24” qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net