Hərbi ekspert: “Kürdlər Ermənistan ordusunda sıxışdırılır...”
Tarix: 22-02-2016, 09:31 | Çap et
Hərbi ekspert: “Kürdlər Ermənistan ordusunda sıxışdırılır...”
Ermənistanda kürd əsilli hərbi qulluqçular amansız təzyiqlərə və təqiblərə məruz qalır. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov Ermənistan silahlı qüvvələrində son itkilərlə bağlı məsələni şərh edərkən deyib (APA).

O bildirib ki, erməni hərbi rəhbərliyinin ordudakı itkiləri öz xalqından gizlətməsi yeni deyil: “Bu haqda xəbərlər dəfələrlə yayılıb. Hətta iş o yerə çatıb ki, əsgər valideynləri övladları barədə heç olmasa cüzi xəbər almaq üçün İrəvanın mərkəzində izdihamlı aksiyalar keçirməyə məcbur olurlar. Fevralın 18-də müəmmalı şəkildə əsgər David Terteryan, bir gün sonra isə Kamo Ovanisyan və Teymur Suloyanın ölümü buna əyani sübutdur. Hər iki hadisə barədə xəbərlər gizlədilsə də, sonda ictimaiyyətin təzyiqi ilə üzləşən hərbi rəhbərlik açıqlama vermək məcburiyyətində qalıb”.

Ekspert erməni ictimaiyyətindən və beynəlxalq qurumlardan gizlədilən daha bir məsələyə toxunub. Söhbət kürd əsilli hərbi qulluqçuların amansız təzyiqlərə və təqiblərə məruz qalmasıdır. “Elə fevralın 19-da baş verən hadisə zamanı ölən Teymur Suloyan və fevralın 6-da təzyiqlərə dözməyərək hərbi hissəni özbaşına tərk edən əsgər Əziz Bakoyan Ermənistan vətəndaşı olan yezidi kürdüdür.

Postsovet məkanında Ermənistan yeganə ölkədir ki, orada milli azlıq kimi yezidi kürdlərdən başqa demək olar digər heç bir xalq, millət yaşamır və etnik qrup yoxdur. Ermənistanın yürütdüyü separatçılıq və irqi düşmənçilik siyasəti nəticəsində digər millətlərin orada yaşaması qeyri-mümkün olub. Amma çox təəssüf ki, başqa xalqların hüquqlarının pozulmasına göz yumularaq, beynəlxalq aləmdə bu məsələlərə görə Ermənistanın qınanılmasının belə şahidi olmamışıq”, - deyə o, əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net