Ötən il Hindistanda müşahidə olunan iqtisadi artım Çindən çox olub
Tarix: 9-02-2016, 09:41 | Çap et
Ötən il Hindistanda müşahidə olunan iqtisadi artım Çindən çox olub
2015-ci ildə Hindistanda müşahidə olunan iqtisadi artım Çini ötüb. ANS PRESS-in məlumatına görə, ekspertlər keçən il Hindistan iqtisadiyyatında 7.5 faiz artım olduğunu bildiriblər. Çində isə, artım 6.9 faiz təşkil edib.

Ekspertlər bildiriblər ki, yaxın keçmişdə belə bir təcrübə yaşanmasa da, Hindistanın Çini ötəcəyi gözlənilən idi.

Beynəlxalq Valyuta Fondunun statistikasına görə, Hindistan iqtisadi artımına görə Çindən 1981, 1989, 1990 və 1999-cu illərdə üstün olub.

Hindistan hökuməti ötən ilin 4-cü rübündə iqtisadi artımın zəiflədiyini bildirsə də, artım Çindən geri qalmayıb. Rəsmilər həmin dövrdə iqtisadi artımın 7.3 faiz təşkil etdiyini qeyd ediblər.

Ölkənin baş naziri Narendra Modi bir müddət əvvəl xarici ölkələrə səfəri zamanı investorları Hindistanda iş qurmağa çağırışmışdı. Lakin ekspertlər bürokratik əngəlllərlə əlaqədar Hindistanda biznes fəaliyyəti ilə məşğul olmağın çətin olduğunu bildiriblər.

Hökumət bürokratik əngəlləri aradan qaldırmaq üçün parlamentə qanun layihəsi təqdim edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net