İqtisadi böhran Moskva "bomjlarını" vurdu
Tarix: 1-02-2016, 09:10 | Çap et
İqtisadi böhran Moskva "bomjlarını" vurdu
İqtisadi vəziyyətin pisləşməsi fonunda Moskvaya daxil olan qar və güclü şaxta, səfil həyat tərzi sürən minlərlə evsizi çətin duruma salıb. ANS PRESS-in məlumatına görə, Rusiyanın paytaxtında belə insanların sayının 75 min nəfərə yaxın olduğu bildirilir. Çoxları şaxtadan qorunmaq üçün zirzəmilərə və atılmış tunellərə sığınmalı olur, digərləri isə yardım üçün xeyriyyə təşkilatlarına üz tutur.

“Moskva sizinçin Britaniya deyil. Burada yaşamaq çox çətindir. İsinmək üçün dəmiryolu stansiyalarına getmək olur, ancaq səndən buranı tərk etməyini tələb edirlər. Sağ qalmaq çox çətindir.” – deyə səfil Viktor bildirir.

Metronun gecələr bağlanması, bir yana, vağzallardan da səfilləri polis qovur. Xeyriyyə təşkilatları yaradılmış məntəqələrdə pulsuz isti yemək verib, paltar və yorğanlar paylasa da, onların isti yerdə gecələməsini təşkil edə bilmir.

İctimai sorğulara əsasən Rusiya vətəndaşlarının yarıya qədəri, küçələrdə olan insanlara mərhəmətlə yanaşır, onlara yardım göstərir. Cəmiyyətin yerdə qalan yarısı isə səfillərinin bu acı talelərinə görə özlərini günahkar hesab edir, belə ki, sirr deyil ki, küçədə qalan belə insanların çoxu adətən spirtli içki və ya narkotik vasitə alüdəçiləridir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net