İranda səfirliyə hücum edən 100 nəfər tutuldu
Tarix: 25-01-2016, 09:26 | Çap et
İranda səfirliyə hücum edən 100 nəfər tutuldu
Səudiyyə Ərəbistanının Tehranda yerləşən səfirliyinə hücumla bağlı aparılan əməliyyat nəticəsində 100-dən çox şübhəli həbs olunub.

Axar.az xəbər verir ki, bu haqda məlumatı İranın Baş prokuroru Qulamhüseyn Möhsüni jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, saxlanılanlardan bəziləri artıq buraxılsa da, istintaq davam edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Şeyx Nimr Baqir ən-Nimr daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net