Hər gün onlarla uşağın acından öldüyü qeyd edilir
Tarix: 8-01-2016, 09:27 | Çap et
Hər gün onlarla uşağın acından öldüyü qeyd edilir
Suriyanın Livan sərhədi yaxınlığında olan Hizbullah quvvələri tərəfindən aylardır mühasirədə saxlanılan Məzaya sakinləri aclıq təhlükəsi ilə qarşı qarşıyadırlar.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq yardım təşkilatı olan Qırmızı xaç komitəsi Məzaya və bəzi qəsəbələrdə həm tibbi vəsait həm də qida ehtiyatının tükəndiyini bildirib.

Sakinlər Qırmızı Xaça, yemək tapa bilmədiklərini, uşaqların, qadınların, yaşlıların aclıqdan öldüklərini bildirib. "Bəzən ağac yarpaqlarını, otları, bəzən də itləri və pişikləri yeyirik." deyə çıxılmaz vəziyyətdə olan Məzaya sakini bildirib.

Məzaya qəsbəsinə yardım edən könüllülərin sosial şəbəkədə paylaşdığı fotoşəkillərdə isə bir çox məzayalının ayaq üstə dayana bilməyəcək qədər zəifilədikləri görünür.

Mətbuatda paylaşılan görüntülər hələlik müstəqil qurumlar tərəfindən təsdiqlənməsə də, fotoşəkillərin bölgədən gələn xəbərlərlə üst-üstə düşdüyü vurğulanır.

Qırmızı Xaç, Məzaya qəsəbəsinə son yardımı 2015-ci ilin Oktyabr ayında göndərdiklərini bildiriblər.

Guardian qəzeti, qəsəbədə düyünün qramla satıldığını və bir kilo düyünün qiymətinin 250 dollara olduğunu yazıb.

İyul ayından başlayan mühasirədən etibarən Məzayada yaşayan təxminən 30 min sakin qəsəbəni tərk etməsinə icazə verilmir.

Suriya ordusu və Hizbullah quvvələri, Ceyş əl-Fəthin nəzarətindəki qəsəbəni ələ keçirməyə çalışır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net