Ərəbistan İrana şərtlərini açıqlayıb
Tarix: 5-01-2016, 09:22 | Çap et
Ərəbistan İrana şərtlərini açıqlayıb
Səudiyyə Ərəbistanı İranladiplomatik münasibətlərin bərpa olunması şərtlərini açıqlayıb.

Hafta.az xəbər verir ki, Səudiyyə Ərəbistanının BMT yanında daimi nümayəndəsi Abdulla əl-Müəllimi hesab edir münasibətlər yalnız İranın krallığın və həmçinin ölkələrin daxili işlərini qarışmayacağı təqdirdə normallaşa biləcəyini söyləyib.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Nazir bildirib ki, iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

ANSPRESS-in məlumatına görə, dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Nimr ən-Nimr 2012-ci il, iyulun 8-də ölkədə qarşıdurmaların yaradılması və qanunsuz etiraz aksiyalarının keçirilməsində ittiham edilərək həbs olunub. Məhkəmə onun edam edilməsi barədə qərarı 2014-cü ilin oktyabr ayında verib. İran - Səudiyyə Ərəbistanının regiondakı əsas rəqibi - qərara dərhal sərt reaksiya vermişdi.

Yəmən və Suriyada gərginlik yarandığı gündən bir-birinə qarşı olan Səudiyyə Ərəbistanı və İran arasında yaşanan son diplomatik böhranın Yaxın Şərq regionunda məzhəblərarası gərginliyi daha da dərinləşdirəcəyindən ehtiyat edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net