Rusiya və Hindistan arasında 150 milyard dollarlıq müqavilə - Putin kəfəni yırtacaqmı?
Tarix: 25-12-2015, 09:42 | Çap et
Rusiya və Hindistan arasında 150 milyard dollarlıq müqavilə - Putin kəfəni yırtacaqmı?
Moderator.az "Russia Today" telekanalına istinadən xəbər verir ki, Hindistan və Rusiya arasında 150 milyard dollar dəyərində müdafiə, neft-qaz sənayesi və nüvə enerjisi istehsalına dair müqavilələr imzalanması gözlənilir.

Belə ki, Hindistanın baş naziri Narenda Modi Rusiyaya iki günlük səfər edib. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşən Narenda Modinin hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və Rusiyadan silah alınmasını nəzərdə tutan yeni müqavilələr imzalanması planlaşdırılır.

"Russia Today" kanalının məlumatına görə, müqavilələrin ümumi dəyərinin 150 milyard dollar olacağı, Hindistanın Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksləri, 200 ədəd Ka-226T model vertolyotları, 3 ədəd hərbi gəmi satın alacağı qeyd edilir. Bundan əlavə, Rusiya və Hindistanın 5-ci nəsil Suxoi PAK FA (T-50) döyüş təyyarəsinin birgə istehsalına dair davam edən danışıqların yekunlaşdırılması, Hindistanda yeni nüvə enerji stansiyasının inşa edilməsi və 10 ildir ki, inşası davam edən Kudankulam reaktorunun istifadəyə verilməsi, Arktik şelfinin Rusiya sularında neft kəşfiyyatı işlərinin aparılması, Rusiyaya aid bir nüvə sualtı gəmisinin icarəsi kimi məsələlər müzakirə olunacaq.
Rusiya və Hindistan rəhbərləri arasında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində xarici siyasət məsələlərinə dair problemlər, o cümlədən Yaxın Şərqdə terrorizmlə mübarizə və Əfqanıstanın gələcəyi barədə fikir mübadiləsi aparılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net