Rusiyadan mesaj: "Böyük yeddilik" formatı artıq köhnəlib
Tarix: 21-12-2015, 10:02 | Çap et
Rusiyadan mesaj: "Böyük yeddilik" formatı artıq köhnəlib
FaktXeber.com-un məlumatına görə, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Aleksey Puşkov bəyan edib ki, «Böyük yeddilik» formatı artıq köhnəlib, klubun özü isə Suriya, İŞİD fəaliyyəti, qaçqınlar və Səudiyyə Ərəbistanının neftin qiyməti ilə oynaması fonunda görünməz olub.

«Suriya, İŞİD, terror aktları, qaçqınlar və səudiyyəlilərin neftin qiyməti ilə oynaması fonunda «Böyük yeddilik» tamam görünməz olub. Format tam köhnəlib», - deyə Puşkov öz Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, G7 ölkələrinə - Kanada, ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Yaponiya daxildir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net