İŞİD-ə qarşı qətnamə qəbul olundu
Tarix: 18-12-2015, 08:49 | Çap et
İŞİD-ə qarşı qətnamə qəbul olundu
Dekabrın 17-də BMT-nin Təhlükəsizlik Şurası İslam Dövləti (İD) silahlı qruplaşmasının maliyyə mənbələrini hədəfə alan qətnamə qəbul edib. Qətnamə Birləşmiş Ştatlar və Rusiya tərəfindən hazırlanıb.

Sənəd İD-nin maliyyə mənbələrini əngəlləmək tədbirlərini birləşdirir, daha çox ölkənin qoşulması üçün icra mexanizmi təqdim edir.

Qətnamə Təhlükəsizlik Şurasının fevralda atdığı addıma söykənir. Şura İD və ya Al-Qaedaya bağlı Al-Nusra Cəbhəsindən neft alanları sanksiyalarla hədələyir, ölkələri çağırırdı ki, adam oğurluğuna görə pul ödəməyi dayandırsınlar.

Ancaq 17 dekabr qətnaməsində qeyd olunur ki, yaraqlılara qarşı əvvəlki sənədlər icra olunmayıb.

Sənəd dövlətləri çağırır ki, 120 gün ərzində sanksiyaların icrası barədə hesabat versinlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net