Ukrayna millətçiləri də türkləri satdı
Tarix: 9-12-2015, 09:51 | Çap et
Ukrayna millətçiləri də türkləri satdı
Sağ Sektor Krımın blokadasından çıxıb.

Axar.az xəbər verir ki, bu sözlər təşkilatın yaydığı bəyanatda yer alıb. Təşkilat Krımın blokadasından Krım Tatar Məclisinə görə çıxdığını bildirib:

“Məclisin bir müddət öncə yaydığı bəyanat bizimlə və digər ictimai təşkilatlarla razılaşdırılmamışdı. Krımda milyarder Dmitri Firtaşın sahibi olduğu zavodlardan birinə elektrik enerjisinin verilməyə başlaması Ukraynaya qarşı atılan addımdır. Biz həmçinin son günlər Rusiyanın Krım blokadasına reaksiyasını da müşahidə edir, çoxlu sayda Rusiya hərbi texnikası və insan resursunun nəzarət buraxılış məntəqələrinə yaxınlaşdığını görürük. Belə olan halda Sağ Sektor Krım Maydanından çıxdığını bəyan edir. Bizim hərbi bölmələrimiz Ukrayna ordusunun gücləndirilməsi üçün yönəldiləcək”.

Qeyd edək ki, Krımın blokadası sentyabrın 20-dən başladılıb. Blokadaya əslən Krım tatarı olan biznesmen Lenur İslamov başçılıq edir. Rəsmi Kiyev indiyə qədər blokadaya dəstək vermir. Krım tatarları blokadanı özlərinin maliyyə mənbələri hesabına həyata keçirirlər.

Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov bir müddət öncə Krıma elektrik enerjisinin bərpa ediləcəyini bildirib. Plana əsasən, elektrik enerjisi yalnız iki zavodun işlə təmin olunması üçün nəzərdə tutulub. Baş nazir Arseni Yaçenyuk bu zavodlara enerji verilməyəcəyi halda texnogen fəlakətin olacağını bildirib. Krım Tatar Məclisinin üzvləri isə bu addımın Ukrayna Prezidenti Pyotr Poroşenkonun təzyiqi ilə atıldığını bəyan ediblər.

Qərb ölkələri də Krım blokadasını təqdir etməyiblər. Rəsmi Berlin bundan öncə dəfələrlə Kiyevə Krımın enerjisinin bərpa olunması üçün təzyiqlər edib.

Sağ Sektorun əsas maliyyəçilərindən biri də əslən yəhudi olan milyarder İqor Kolomoyskidir. Ukraynanın idarəetmə orqanlarında əsas rıçaqlara sahib olan Kolomoyski millətçilərin də bütün fəaliyyətini planlaşdırır. Kolomoyskinin hazırda əsas düşmənlərindən biri Dmitri Firtaşdır. Mətbuat məhz Kolomoyskinin Firtaşla düşmənçiliyi ucbatından Sağ Sektorun Krım blokadasından ayrıldığını iddia edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net