Ana Sayfa > Cəmiyyət / Manşet > Başçının başı “moyka” biznesinə qarışıb

Başçının başı “moyka” biznesinə qarışıb


6-06-2015, 07:25. Yazar: admin
Başçının başı “moyka” biznesinə qarışıb
Nərimanov rayonunda boş yerlər yalnız avtoyuma məntəqələri açmaq istəyənlərə satılır.

Rayon icra başçısı Abdin Fərzəliyev avtoyuma və “dayanacaq biznesi”nə sahiblənib. TİA.AZ yazır ki, Fərzəliyevəksər avtoyuma məntəqələrinin ya bilavasitə, ya da ikinci şəxs üzərindən sahibidir. İddialara görə, başçının aylıq gəlirlərinin böyük bir hissəsi də məhz bu sahədən əldə olunur. Bundan başqa isə mənbələr bildirirlər ki, Nərimanov rayonunda 50 kvadrat metrlik boş yerlər yalnız avtoyuma məntəqələri açmaq istəyənlərə satılır. Məlumatlara görə, Nərimanov rayonunda avtoyuma məntəqələrinin çoxluğu kifayət qədər narazılığa da səbəb olur. Çünki Abdin Fərzəliyevin pul qazanmaq üçün satdığı yerlərin bəziləri kiçik məhəllələrdə yerləşir. Bu isə avtomobillərin hərəkət etməsinə mane olmaqla yanaşı, həm də istifadə olunmuş suyun normal qaydada kanalizasiyaya axmasına əngəl olur.
Nəticədə, məhəllə içlərindəki avtoyuma məntəqələrinin istifadə etdikləri sular evlərin zirzəmilərinə dolmağa başlayır. Lakin bu kimi iradlar RİH rəhbərliyinin biznes-planlarını əlbəttə ki, əngəlləyə bilməz.

Geri dön