Ana Sayfa > Cəmiyyət / Manşet > Əhməd Əhmədzadə Sabirabad kəndlərini susuz qoyub – ŞİKAYƏT

Əhməd Əhmədzadə Sabirabad kəndlərini susuz qoyub – ŞİKAYƏT


13-05-2015, 11:04. Yazar: admin
Əhməd Əhmədzadə Sabirabad kəndlərini susuz qoyub – ŞİKAYƏT
Ölkənin ən isti zonası olan Aran rayonu Sabirabadın Əsgərbəyli kənd camaatı su üzünə həsrət qalıb.

TİA.AZ-a şikayət edən kənd sakinləri qeyd edirlər ki, il yarım əvvəl yeni su xətti çəkilib. Amma bu günədək əhali su ilə təmin olunmayıb.
Kənd bələdiyyəsinə müraciət edən sakinlərə vəd olunub ki, yaxın vaxtlarda su ilə təchiz olunacaqlar. Əsgərbəyli camaatı isə aldandığını və çəkilən xərcin yeyildiyini bildirir.
Onların sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bu işlərin başında dayanır. Əsgərbəyli, Qasımbəyli kəndlərinə yeni su xətti çəksə də, böyük yeyintilərə yol verilib.
Buna baxmayaraq, sakinləri suyun verilməsi maraqlandırır. Şikayətçilər deyirlər ki, içməli su yoxdur və kənddəki kanaldan daşıyırlar. Modul tipli su doldurucu qurğular da qoyulsa da, işlək deyil.

Geri dön