Ana Sayfa > Cəmiyyət / Manşet > Qazaxda yerli məhkəmə bir sələmçinin əlində alətə çevrilib...

Qazaxda yerli məhkəmə bir sələmçinin əlində alətə çevrilib...


12-03-2015, 10:15. Yazar: admin
Qazaxda yerli məhkəmə bir sələmçinin əlində alətə çevrilib...
Vertikal.az saytının elektron poçtuna daxil olan məlumata görə, AKKORD şirkətinin işçisi, Qazax rayon sakini Babayev Yusif Əvəz oğlu çoxdandır müxtəlif şəxslərə aylığı 10 faiz olmaqla sələmə pul verir. Xeyli sayda qazaxlı akkordçu-sələmçinin “qurban”ına çevrilib.
Vətəndaşlar pulları tam ödəyə bilməyəndə Yusif Babayev əlində heç bir əsas olmadan rayon məhkəməsinə müraciət edir və vətəndaşları külli miqdarda cərimələdir.
Elektron poçtumuza daxil olan məlumatdan bəlli olur ki, Qazax rayon məhkəməsinin sədri Məhərrəm Allahverdiyev sələmçinin pullarına tamah salaraq “yağlı” qətnamələr qəbul edir. Ən maraqlısı odur ki, Gəncə Apelyasiya məhkəməsi də həmin qərarları təsdiq edir.
Nöbvəti yazıda zərərçəkən Həməşəyev Taleh Möhübbət oğlunun və başqalarının başına gələnlərdən bəhs edəcəyik.
Yazıda adı çəkilən şəxsləri dinləməyə hazirirq.

Geri dön