Ana Sayfa > Cəmiyyət > Bəzi ərazilərdə istilik mövsümü niyə gecikir? - AKTUAL

Bəzi ərazilərdə istilik mövsümü niyə gecikir? - AKTUAL


17-11-2020, 09:55. Yazar: admin
Bəzi ərazilərdə istilik mövsümü niyə gecikir? - AKTUAL

Ötən gündən etibarən istilik mövsümünə start verilsə də, bəzi ərazilərə hələ də istlik verilməyib. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən məsələyə münasibət öyrəndik.

Qurumdan Sputnik Azərbaycan-a açıqlamada bildirilib ki, digər ərazilərin də istiliyi yaxın vaxtlarda təmin olunacaq. Həmin ərazilərdə istlik mövsümünün gecikməsinin səbəbi isə belə izah olunub: "Qazanxanalar mərhələli şəkildə işə salınır. Həmin ərazilərdə də istilik mövsümü başlayacaq. Yəqin ki, sabaha bu işlər yekunlaşacaq".
Geri dön