Ana Sayfa > Cəmiyyət > Səfərbərliyə və müharibəyə hazırıqmı? - VİDEO

Səfərbərliyə və müharibəyə hazırıqmı? - VİDEO


24-09-2020, 18:05. Yazar: admin

Sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırıldı.

Bu prosesin cəbhədə gərginlik yaşandığı ərəfəyə təsadüf etməsi, hərbi komissarlıqların önündə çoxlu sayda insanların toplaşması, bir çoxlarında belə bir fikir yaratdı ki, ölkədə səfərbərlik elan olunub.
Lakin rəsmi qurum bir daha bəyan etdi ki, bu, səfərbərlik deyil, sadəcə, qaydalara əsasən ənənəvi keçirilən hərbi təlimlərə çağırışdır.

Bəs ölkədə səfərbərlik, müharibə elan olunarsa vətəndaşlarımız buna nə dərəcədə hazırdırlar?

“TV Musavat”ın əməkdaşları mövzu ilə bağlı Bakı sakinləri arasında videosorğu keçirib.
Həmin sorğunu təqdim edirik:
Geri dön