Ana Sayfa > Cəmiyyət / Manşet > ŞOK: “Avromed”in gətirdiyi ölümcül dərman yığışdırıldı

ŞOK: “Avromed”in gətirdiyi ölümcül dərman yığışdırıldı


27-04-2015, 15:33. Yazar: admin
ŞOK: “Avromed”in gətirdiyi ölümcül dərman yığışdırıldı
Bakıda qalmaqallı və son günlər müzakirə edilən “Baktamed” dərmanları apteklərdən yığışdırılıb.

Tia.az-a daxil olan məlumata görə, bu pereparatın uşaqlarda qıcolma yaratdığı barədə xəbərlərin yayılmasm dərmanın satışına qadağa qoyub. Apteklərdə bu dərmanlar artıq yığışdırılıb və satışda olmadığı bildirilir.
“Baktamed” preparatının uşaqlarda bəzi yan təsirlər meydana çıxardığını Qırğızıstanda farmakoloq-ekspertlərdən biri iddia etmişdi. Bu dərman İspaniyada istehsal edilir, Azərbaycanda da dövriyyədə olub. Dərman “Avromed” tərəfindən apteklərə paylanırdı.
“Azərbaycanda dərman preparatlarının tərkibini və keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriya var. Bu laboratoriyanın MDB respublikalarında analoqu yoxdur və ölkəyə daxil olan bütün dərman preparatları ən son texnoloji avadanlıqlarla təşkil edilmiş həmin laboratoriyada yoxlanılır. Yalnız bundan sonra həmin dərman preparatlarının satışına və istifadəsinə icazə verilir”.
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzindən virtualaz.org saytına isə bildirilmişdi ki, Azərbaycanda belə hal mümkün deyil: “Çünki dərmanların keyfiyyətinə və tərkibinə nəzarət edən laboratoriya digər dərman preparatları kimi həmin antibiotikin də tərkibini yoxlayır, ancaq bundan sonra satışa buraxır”.

Geri dön