Ana Sayfa > Cəmiyyət, Manşet > TƏBİB vətəndaşların səhiyyə sisteminə inanmamasına münasibət bildirdi

TƏBİB vətəndaşların səhiyyə sisteminə inanmamasına münasibət bildirdi


3-07-2020, 18:52. Yazar: admin
TƏBİB vətəndaşların səhiyyə sisteminə inanmamasına münasibət bildirdi

“Bu gün xəstəxanalarda xəstələrə peşəkar xidmət göstərilir. Dövlət səhiyyə inkişafına kifayət qədər diqqət ayırır. Ölkədə yetərli sayda da peşəkar tibbi kadrlar var”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində vətəndaşların ölkənin səhiyyə sisteminə inanmamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, fədakar həkimlərə təşəkükr etmək lazımdır:

“Harada qüsur varsa onu dediyinizə görə də minnətdarlığımızı bildiririk”.
Geri dön