Ana Sayfa > Cəmiyyət, Manşet > “Badu-Kubə” MTK şirkətində analoqu olmayan dələduzluq

“Badu-Kubə” MTK şirkətində analoqu olmayan dələduzluq


17-12-2018, 08:35. Yazar: admin
“Badu-Kubə” MTK şirkətində analoqu olmayan dələduzluq
Son vaxtlar ayrı-ayrı şəxslərin başqalarına qarşı dələduzluq hərəkətləri etmələri və bunun nəticəsi olaraq, bəzi şəxslərin olmazın oyunlarla üz-üzə qalmaları haqda redaksiyamıza daxil olan müraciətlərin sayı artmaqda davam edir. Bir neçə gün bundan öncə də, “Gündəm Xəbər”in redaksiyasına Bakı şəhəri, 7-ci mkr-n, 1260-cı keçid, ev-15A, mən-35 ünvanda yaşayan Xəliov Sədəddin Hacı oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi şəxs yazmış olduğu ərizəsində qeyd edir ki, “2009-cu ildə oğlum Famil Xəlilova mənzil almaq məqsədilə şəhərimizin Yeni Günəşli qəsəbəsinin 5-ci massivində tikinti işləri aparan “Badu-Kubə” MTK şirkətində oldum və mənzil almaq məqsədilə növbəyə də yazıldım və 10 min manat pul da ödədim. Qısa müddətdən sonra bəlli oldu ki, adı çəkilən bu şirkətdə bənzəri olmayan dələduzluq əməllərinə qol qoyulur. Belə bir səbəblər üzündən də, növbəti müqavilədə 68 kvm-lik sahəsi olan mənzil 51,4 kvm-lik sahəsi olan mənzillə əvəz olundu.

Əlavə pul ödənişi zamanı o da bəlli oldu ki, bu mənzilin sahəsi 38kvm-dir. Belə bir problemlə üz-üzə qaldıqdan sonra, uzun illər ərzində şirkətin rəhbərliyinə yazmış olduğum müraciətlərimin varlığına baxmayaraq, dələduzluq əməllərinə qol qoymaqda olduqca mahir olan və şirkətin sədri vəzifəsini icra edən Ədalət Qəmbərov, hətta həmin mənzili müqavilə əsasında başqa bir sakinə də satıb. Təəccüblü hal odur ki, belə bir dələduzluq əməlləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzarəti altında baş verir. Artıq xeyli müddətdir ki, etdiyim çoxsaylı müraciətlərimin olmasına baxmayaraq, dələduzluq əməllərinə qol qoymuş bu şəxs hal-hazırda da himayə olunmaqdadır. Bəli, bizim güclü dövlətimiz, qətiyyətli və iradəli güclü Prezidentimiz var. Bu cür əməl sahiblərinin dövlətimizin adına ləkə gətirmələri və onların himayə olunmaları, hələ də mənə qaranlıq qalan məsələlərdəndir. Necə olur ki, mən Azərbaycan vətəndaşı olaraq 25 min manat pulum şirkət tərəfindən mənimsənilir. Ancaq dölətimizin müvafiq orqanları buna göz yumur”.
P.S Onu da bildirək ki, belə bir problemlə üz-üzə qalan sakinlər ötən ay mətbuata müraciət edərək bildirmişdilər ki, “Badü-Kubə” Mənzil-Tikinti Kooperativinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin V-massivi 13A saylı binasında yaşayan sakinlər ötən ay mətbuata açıqlama verərək bildirirlər ki, "Binamız adı çəkilən MTK tərəfindən on ildən çoxdur ki, tikilməsinə baxmayaraq hal-hazırda nə suyu, nə kanalizasiyası, nə , nə də mavi qazı var. Suyu maşınlarla alırıq və vəziyyət artıq neçə illərdir ki, belə davam etməkdədir. “Badü-Kubə” MTK-nın rəhbəri Ədalət Qəmbərov bizə mənzillərinizi təmirə başlayıb üç aya təhvil verəcəyini bildirsə də, üç ildir ki, heç bir iş görmür. Susuz, elektrik enerjisiz, kanalizasiyasız yaşamaqmı olarmı? Çox xahiş edirik bizə köməklik edin. Sakinlərin sözlərinə görə, kanalizasiya sistemi tikmək əvəzinə həyətdə quyu qazıblar. Üfunətdən dayanmaq olmur, yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduğundan körpələrimiz məhv olacaq. Ədalət Qəmbərov üç il əvvəl bizə dedi ki, “binaya köçün, üç aya hər şeyiniz olacaq”. Amma indi deyir ki, “pulum yoxdur”. Mənzillərin pulunun tam ödənilməsinə baxmayaraq, bu gün “Badü-Kubə” MTK-nın rəhbəri Ədalət Qəmbərov heç bir iş görmək istəmir. Səbəb olaraq o, pullarının olmadığını bildirir. Bəs niyə camaatı aldadıb mənzillərini təmir etdirdin sualını verdikdə o, susur. Elektrik enerjisinin qoşulmasını tələb etdikdə o, onu da bildirir ki, “mənə işıq lazım deyil, mən saat 11:00-də gəlib 17:00-da gedirəm. Pis vəziyyətdə qalmışıq. Bizim Sizin köməyinizə çox böyük ehtiyacımız var. Xahiş edirik ki, dövlətimiz bizə sahib çıxsın. Sizdən xahiş edirik ki, binanın ilkin olaraq elektrik enerjisi, qaz, su, kanalizasiya probleminin həll olunmasında bizə köməklik edin". Sakinlər haqlı olaraq Ədalət Qəmbərova öz iradlarını bildirirlər. “Gündəm Xəbər”ə müraciət edən Xəliov Sədəddin Hacı oğlu da sakinlərin haqlı iradlarını təsdiqləyir. Belə ki, vətəndaş mənzil almaq üçün 15000 manat pul ödəyir və həmin mənzil digər vətəndaşa da müqavilə əsasında satılır. Bu cür faktlar korrupsiya əməli deyil bəs nədir?
Qarşı tərəf:
Yaşanan olayla bağlı məqalə hazırlandıqdan sonra, müəyyən məsələlərə aydınlıq gətirilməsi məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Kazım Həmzətovla əlaqə saxlamaq istəsək də o, telefon zənglərimizə cavab vermədi. Belə olan halda “Badu-Kubə” MTK şirkətinin hazırki sədri cənab Firudin Əliyevlə əlaqə saxladıqda o, ünvanladığımız suallara cavabında qeyd etdi ki, “Bəli, Xəliov Sədəddin Hacı oğlunun üz-üzə qaldığı problem başa düşüləndir. Biz bir şirkət olaraq vətəndaş Sədəddin Xəlilovun problemini belə bir formada həll edə bilərik ki, ya qeyd olunan ünvanda inşa etdiyimiz 15 mərtəbəli binanın dam örtüyünü götürüb 16 mərtəbəli bina tikməklə, həmin şəxsi mənzillə təmin etməliyik, ya da ki, həmin şəxsin etmiş olduğu ödənişləri onun özünə qaytarmalıyıq. Bu işin başa çatdırılması, təqribən növbəti ilin yay aylarına təsadüf edəcək. Odur ki, zərərçəkən şəxsin bir qədər gözləməsini, səbrli olmasını məsləhət görərdik”.

Mövzu olduqca aktuallıq kəsb etdiyindən, onu diqqətdə saxlayacağıq və araşdırmalarımızı davam etdirəcəyik.

Geri dön