Ana Sayfa > Cəmiyyət / Manşet > Mikayıl Cabbarovun müavini belə pul qazanır

Mikayıl Cabbarovun müavini belə pul qazanır


4-02-2016, 09:59. Yazar: admin
Mikayıl Cabbarovun müavini belə pul qazanır
Hələ bir neçə gün öncə dövlət başçısı keçirdiyi müşavirədə bir sıra fikirlər səsləndirmişdi. Vertikal.az xəbər verir ki, prezident öz çıxışında tikintidə korrupsiyanın həddindən artıq çox olduğunu və bunun iqtisadiyyata zərər vurduğunu vurğulamışdı.

Qeyd edək ki, həqiqətən də Azərbaycanda həyata keçirilən tikinti işləri əsl korrupsiya mənbəyidir və bunu həyata keçirənlər nazirliklər, dövlət qurumları və icra başçıları olublar. Məsələn, bir neçə milyon manata başa gəlməli olan yolun çəkilişi üçün on milyondan artıq vəsaitin sərf olunduğu sirr deyil. Və ya rayonlarda parkların tikintisi zamanı yol verilmiş yeyintinin də gizli bir şey olmadığı dəqiqdir.

Vertikal.az bildirir ki, korrupsiya Təhsil Nazirliyinin də gördüyü işlərdə özünü göstərib. İllərdir bununla bağlı yazılmasına və deyilməsinə rəğmən, hər hansı bir tədbir görülməməsi bir yana, üstəlik, daha acınacanqlı işlərə qol qoyulub.

Qeyd edək ki, son illər Bakıdakı orta məktəblərin təhlükəsizlik kameraları ilə təhciz olunması layihəsi həyata keçirilib. Əksər orta məktəblərdə həyata keçirilən kameralaşdırma prosesi artıq başa çatıb. Məqsəd təhlükəsizliyin təmin edilməsindən ibarət olub ki, buna kimsə etiraz etmir. Amma…

İşin ammalı tərəfi odur ki, orta məktəblərdə quraşdırılmış təhlükəsizlik kameralarının qiymətləri xeyli şişirdilib. Vertikal.az bildirir ki, Bakıda fəaliyyət göstərən 95 saylı orta məktəbdə quraşdırılmış kameraların qiyməti rəsmi sənədlərdə 140 min manat olaraq göstərilib. Yəni, bu kameraların alınmasına, quraşdırılmasına qeyd olunan qədər vəsait xərcləndiyi deyilir.

Lakin real bazarda həmin kameraların qiymətləri 20 min manatdan baha deyil. Belə olan təqdirdə, qiymətlərin 7 dəfə şişirdilməsinin adının nə olduğunu deməyə gərək qalmır. Ancaq Vertikal.az-a belə bir məlumat da daxil olub ki, orta məktəblərdə quraşdırılan və qiymtləri dəfələrlə şişirdilən kamera biznesi heç də kiçik fiqurlardan birinə məxsus deyil. İddialara görə, həmin biznes təhsil nazirinin müavini Ceyhun Bayramova məxsusdur.

Belə ki, nazir müavini Ceyhun Bayramov hazırda bir sıra maliyyə işlərinə nəzərət edən fiqur olaraq tanınır. Onun qardaşı Azər Bayramovun Maliyyə Nazirliyində önəmli fiqur olması isə işinə yarayır. İddialara görə, iki qardaş ayrılan pulların bu şəkildə «təmizə çıxarılması» prosesini reallaşdırırlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri dön