Ana Sayfa > Cəmiyyət / Manşet > GDU-nun müəllimindən şok müraciət

GDU-nun müəllimindən şok müraciət


11-04-2015, 10:45. Yazar: admin
GDU-nun müəllimindən şok müraciət
Gəncə Dövlət Universitetinin (GDU) haqqı tapdanan müəllimi, uzun zamandır müxtəlif instansiyalar tərəfindən də hüquqları kobud şəkildə pozulan Fikrət Hacıyev Vertikal.az-a yeni müraciət ünvanlayıb.
Həmin müraciəti təqdim edirik:
“Artıq 3 ildən çoxdur ki, GDU məmurları Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək GDU əməkdaşı kimi məni çörək imtahanına çəkməyə davam edirlər. Təəssüf ki, bu işdə onlara məhkəmə orqanları və Təhsil Nazirliyinin əməkdaşları da yaxından kömək göstərirlər.
Mətbuatda GDU məmurlarının əməlləri barədə yazılanları müvafiq dövlət orqanları niyə görmək istəmir? Axı bu məqalələrdə yazılanların düz olduğunu yoxlamaq çox asandır. Şəxsən mənimlə GDU arasında 15 məhkəmə prosesesi olmuş və 15-ci qərar Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə qəbul olunmuşdu. Bu qərar 17 aylıq itirilən əmək haqqım və 2 aclıq aksiyasının (52 və 29 sutkalıq) sağlamlığıma vurduğu zərərə görə təzminat iddiam ilə əlaqəli idi. Lakin 5.03.2015 tarixində qəbul olunduğuna baxmayaraq, qərar hələ də tərəflərə çatdırılmayıb. MPM-ə görə Ali Məhkəmənin qərarları 1 ay müddətində tərəflərə çatdırılmalıdır. İki dəfə Əsəd Mirzəliyevin və bir dəfə isə Ramiz Rzayevin adına elektron müraciət göndərmişəm. Ancaq bu gün dəfələrlə Ali Məhkəmənin Mülki Kollegiyasının 012 493 18 84 nömrəli telefonuna zəng etsəm də, mənim zənglərimə cavab verilmədi. Halbuki bəzən zəng edəndə həmin nömrə məşğul göstərirdi və bu sübut edir ki, mənim zənglərimə qəsdən cavab verilmir. Deməli qərar qəsdən yubadılır. Bu səbəbdən həmin nömrəyə zəng edib, nə üçün Ali Məhkəmənin qərarını tərəflərə çatdırılması müddətinin ötürüldüyü ilə maraqlanmağınızı xahiş edirəm. Bəlkə mətbuat işçilərinə cavab verələr.
Məhkəmə proseslərinin bu saya çatmasında GDU-nun hüquq məsləhətçisi Günay Cahangir qızı Şirinovanın xüsusi xidmətləri var. Bu xanım məhkəmə proseslərində özünü bazar alverçisi kimi aparır və fırıldaqçılıqla məşğul olurdu. Günay xanımın hüquq haqqında heç elementar anlayışlara malik olmadığını nəzərə alsaq, onun diplomunun saxta olma ehtimalı çox böyükdür. Xahiş edirəm Günay Cahangir qızı Şirinovanın hansı yolla hüquqşünas diplomu aldığını müəyyənləşdirməkdə mənə kömək edəsiniz. Axı 52 sutkalıq aclıq aksiyasından sonra faktiki olaraq həyatını itirib, sonra yenidən həyata qayıda bilən müharibə veteranını çörək imtahanına çəkən və məndən rüşvət tələb edən bu xanım GDU rəhbərliyinə nə hüquq məsləhətləri verə bilər ki? GDU-da baş verən cinayətlər elə bu məsləhətlərin nəticəsi deyilmi?
Bütün bunlar bəs deyilmiş kimi, bu ilin yanvar ayının əmək haqqını fevralın 18-də, fevral ayının əmək haqqını martın 10-da aldıq. Bütün təhsil müəssisələri artıq mart ayının əmək haqqını alsa da, pula ehtiyacı olmayan, ancaq “mənəvi” qida ilə qidalanan GDU məmurları bizim əmək haqqımızı hələ də vermirlər. Həm Təhsil Nazirliyi, həm də hüquq mühavizə orqanları tərəfindən qorunan bu rəhbərlik şəxsi varlanmaq məqsədi ilə hətta əmək haqqına dolanan insanların çörək puluna da göz dikiblər. Bu məqalədə ( http://www.dia.az/8/70397-gdu-nun-rektoru-haqda-inanilmaz-iddialar.html ) rektorumuz Yusif Yusibov cənablarının bir ilə topladığı var-dövlət barədə yazılır. Hörmətli hüquq-mühafizə orqanlarından məqalədə yazılan faktların yoxlanılmasını xahiş edək. Bəlkə yüzlərlə GDU əməkdaşlarının əmək haqqının gecikdirilməsinin səbəbi elə bu var-dövlətin yığım üsullarındadır? Məşədi İbadın hambalı demişkən, sənin 150 minlik evin cəhənnəm, 140 minlik maşının cəhənnəm, 11 minlik telefonun cəhənnəm, bəs mənim bir abbasım hara getdi?
Ölməkdə olan təhsilimizi müdafiə etmək üçün var-dövlət hərislərini bizneslə məşğul olmağa göndərmək, təhsili isə əmək haqqına qane ola bilən insanlara tapşırmaq lazımdır. Hörmətli mətbuat işçiləri, xahiş edirəm müraciətimi dərc edin. Əvvəlcədən köməyinizə görə təşəkkürlərimi bildirirəm”.
Bütün bu iddialarla bağlı adı keçənlərin hər birinin mövqeyini işıqlandırmağa hazırıq…

Geri dön