Ana Sayfa > Cəmiyyət, Manşet > Fəzail Bağırovun «Lokomotiv» məcaraları

Fəzail Bağırovun «Lokomotiv» məcaraları


1-12-2015, 13:10. Yazar: admin
Fəzail Bağırovun «Lokomotiv» məcaraları
Ötən günlərdə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİRK) sədri Fəzail Bağırovla bağlı məlumat vermişdik. Daxil olan məlumatlarda vurğulanırdı ki, keçmiş rəis Arif Əsgərovla çox yaxşı münasibətdə olan Bağırov, onun sayəsində bir sıra iri işlər görərək, ciddi məbləğlərdə qazanclar əldə edib.

Qeyd olunurdu ki, təkcə «Lokomotiv» İstirahət Mərkəzinin sayəsində əldə olunan gəlirlər Bağırova iki villa qazandırıb. Bununla bağlı apardığı araşdırmalar zamanı məlum olub ki, 2008-ci ildə “Lokomotiv” istirahət mərkəzi inşa olunduğu zaman, tikinti xərclərini şişirdərək külli miqdarda dövlət vəsaitini mənimsəyən Fəzail Bağırov mənimmsədiyi vəsait hesabına iki villa tikdirib və oğlanları Ruslan və Aqil Bağırovların adına həmin villaları sənədləşdirib.

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİRK) sədri Fəzail Bağırov Xaçmaz rayonunun Nabran qəsəbəsində dəmiryolçular üçün inşa edilmiş “Lokomotiv” istirahət mərkəzini xarababazara çevrib. Bu barədə bir neçə dəmiryolçu bildirir ki, Fəzail Bağırov dövlətin milyonlarla manat vəsaiti hesabına tikilən istirahət mərkəzini öz şəxsi obyektinə çevrib.

Belə ki, dəmiryolçular bildirir ki, DMHİRK sədri Fəzail Bağırov “Lokomotiv” istirahət mərkəzinə heç bir dəmiryolçu pul vermədən “putyovka” ala bilmir. Hətta qan bahasına satılan “putyovka”lar belə dəmiryolçuların istirahəti üçün yaramır. Çünki xaricdən gözəl görünsə də, Lokomotiv” istirahət mərkəzinin içərisi xarabalığı xatırladır. Bunun şahidi olmaq istəyən hər kəs “Lokomotiv” istirahət mərkəzinə gedib hər şeyi öz gözləri ilə görə bilər.

Şikayətçilər qeyd edir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin ayırdığı vəsaitləri mənimsəyən Fəzail Bağırov “Lokomotiv” istirahət mərkəzində dəmiryol vaqonlarında istifadə olunan yataq dəstlərindən yararlanır. Belə ki, istirahət mərkəzinin bütün otaqlarında məhz bu yataqlardan istifadə olunur ki, bu da komfortlu istirahət mərkəzi kimi nəzərdə tutulan “Lokomotiv” istirahət mərkəzinin reytinqinə ciddi xələl gətirir.

Dəmiryolçular iddia edirlər ki, hələ 2008-ci ildə “Lokomotiv” istirahət mərkəzi inşa olunduğu zaman, tikinti xərclərini şişirdərək külli miqdarda dövlət vəsaitini mənimsəyən Fəzail Bağırov həmin vəsait hesabına iki villa tikdirib və oğlanları Ruslan və Aqil Bağırovların adına həmin villaları sənədləşdirib.

Daxil olan bilgilərdə o da vurğulanır ki, hazırda vətəndaş nikahında olduğu və “Azərbaycan Dəmir Yolları” QSC-nin Yol Təsərrüfatı İdarəsində baş mühasib çalışan Həcər Məmmədovaya Hökməlidə dəyəri milyon manatdan artıq olan villa tikdirib.Həmçinin məlumatı verən mənbələr bildirir ki, Həcər Məmmədova ilə Fəzail Bağırovu böyük maliyyə maxinasiyaları bağlayır.

Araşdırmamız davam edir.

P.S. JAM.AZ-ın əməkdaşlarıyla əlaqə saxlayan Fəzail Bağırovun oğlu saytda dərc olunmuş məlumatlarla bağlı açıqlama verib. O bildirib ki, atası ilə bağlı gedən məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, nə villası var, nə də ona belə bir tikili alıblar. “Atam bizə villa almayıb. Bu barədə yayılan məlumatlar yalandır”.

Geri dön