Ana Sayfa > Cəmiyyət / Manşet > Akif Əliyev Masallı ƏSMM-dən sonra Masallı DSMF-i də xaraba qoyub

Akif Əliyev Masallı ƏSMM-dən sonra Masallı DSMF-i də xaraba qoyub


26-11-2015, 11:13. Yazar: admin
Akif Əliyev Masallı ƏSMM-dən sonra Masallı DSMF-i də xaraba qoyub
Masallı DSMF-in müdiri Akif Əliyev işçilərdən tələb etdiyi «rüşvəti» birbaşa DSMF-nun rəhbəri adındnan istəyir.

Bir müddət öncə Masallı rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzində baş verən qanunsuzluqlarla oxuculara məlumat vermişdik.Həmin məlumatda qeyd etmişdik ki, Masallı ƏSMM müdiri vəzifəsində işləyən Akif Əliyev qurumda korrpsiya sistemi yaradaraq dövlətin sosial yardım siyasətini özünün biznes strukturuna çevirib. Bundan qısa müddət sonra isə Akif Əliyev Masallı ƏSMM-dən çıxarılaraq, rayon DSMF-nin müdiri vəzifəsinə təyinat aldı. Elə orda da Akif Əliyev öz köhnə «biznesini» çiçəkləndirməyə, yəni aztəmiatlı ailələrə və həmçinin təqaüdçülərə ayrılan bıdcə vəsitlərini mənimsəmkdə davam etdi.
Elektron poçtumuza adının açıqlanmasını istəməyən DSMF Masallı şöbəsinin işçisinin göndərdiyi məlumatda deyilir ki, Akif Əliyev müdir təyinatı aldıqdan sonra işçilərin hər birindən işdə qalmaları üçün 3 min manat hesab yığıb. İndi iə idarə müdiri dövlət tərəfindən pensiya kəsilmiş bir çox şəxslərlə alverə girişdiyi bildirilir.Daxil olan məlumatda qeyd olunur ki, Akif Əliyev Masallı DSMF-ni eyni ƏSMM-də işlədiyi kimi idarə edir. Belə ki, idarə müdiri burada da ən lazımlı yerlərə ona sadiq şəxsləri yerləşdirməklə özünün “mükəmməl” korrupsiya sistemini yaradıb. Mənbə iddia edir ki, Akif Əliyev DSMF-nin şöbə müdirlərinin əli ilə bir çox pensiyaçılara sifariş göndərərək onların aldıqları müavinatı artırmaq şansının olduğunu deyib. Ancaq kim pensiyasının artırılmasını istəıyirsə, ilk öncə müdirin təklifi ilə razılaşmalıdır. Yəni təqaüdçülər bunun üçün müdirə «hörmət» etməlidirlər.
Həmçinin məlumatda qeyd olunur ki, Akif Əliyev Masallı ƏSMM-də onunla birlikdə çaılşan sədaqətli “işçilərini” artıq DSMF-yə «köçürür». Masallı ƏSMM-də qaz vurun qazan dolduran Akif Əliyev DSMF-dədə rahat şəkildə pul qazanmaq üçün inanılmış «kadrlarını» öz yanına gətirir. Mənbə bildirir ki, Akif Əliyev vaxtı ilə Masallı ƏSMM-də işlədiyi dövrdə ən azı ildə 80-100 min manat arası təmiz qazanc əldə edirdi. Qeyd edək ki, Masallı ölkədə sosial yardım alanların siyahısındə hər zaman birinci yerlərdə qərar tutub. Hətta 2 il öncə Masallıda sosial yardım alanlaırn siyahısı 4500 nəfəri keçmişdi. O zaman Akif Əliyev həqiqi mənada ayda ən azı 8-10 min manat arası qazanc əldə edirdi. Onun ən yaxın adamları ayda bir dəfə gecələr bankomatların yanında dayanaraq saatlarla pul çıxardırdılar.
Mənbə iddia edir ki, həmin vaxtlar Akif Əliyevin maşınında 100-dən çox sosial yardım kartı var olurdu. İndi isə onun yerini tutan ƏSMM - in yeni müdiri Arzuman Hüseynov hazırda Akif Əliyevin qoyub getdiyi yüzlərlə problemli işlərin arasında qalıb. Keçmişi unutmayan və pul eşqi ilə yanan Akif Əliyev isə Masallı DSMF-də yeni maxinasiyalar həyata keçirtmək niyyətindədir.
Mənbəmiz iddia edir ki, Akif Əliyev DSMF-yə müdir təyinatı aldıqdan bir həfə sonra işçilərlə acı danışmağa başladı və onlara açıq şəkildə dedi ki, “mən bura havayı gəlməmişəm. O boyda yağlı yeri buramaqla bərabər, həmdə 80 min manat xərc çəkmişəm ”. Bu isə o deməkdir ki, hər kəs işini bilsin və Akif Əliyevin yeni şərtlərinə hazır olsunlar.
Bildirilir ki, Akif Əliyevin ilk işi müavini Nazim Muradovla vidalaşmaq olub. Müavinini başqa bir şöbəyə keçirdərək ƏSMM-də onun sosial maxinasiyalarını həyata keçirdən şəxsi özünə müavin gətritmək istəyirdi. Ancaq bu istəklərinin Bakıda narazlılqla qarşılanacağını biləndən sonra Akif Əliyev müavinlərindən və şöbə müdirlərindən konkret “hesab” tələb etdi.
Mənbə qeyd edir ki, Akif Əliyev işçilərdən tələb etdiyi «rüşvəti» birbaşa DSMF-nun rəhbəri adındnan istəyir. Adını açıqlanmasını istəməyən DSMF işçisi isə deyir ki, «DSMF müdiri bizə açıq deyir ki, rəhbərlik sizdən 30 min manat yığıb göndərilməsini tələb edir. Əslində Akif Əliyev cənab nazir və fond rəhbərinin adından istifadə edir.Çünki biz yaxşı bilirik ki, Elman Mehdiyev Fondun idarələrində işçilərdən hesab yığılması məsələsinə qəti son qoyulması üçün tapşırıq verib. Ancaq bizim hazırkı vəziyyətdə DSMF rəhbərliyinə çıxıb şikayətimizi etmək imkanımız məhduddur. Çünki Akif Əliyev həmin dəqiqə özünə yaxın işçiləri üzümüzə durğuzaraq bizi işdən atdıracaq».
Qeyd edək ki, elektron poçtumzua Akif Əliyevin DSMF-dəki yeni oyunlaır ilə bağlı bir çox məlumatlarda daxil olub.Həmin məlumatlardan biri də Həsənli kəndində pensiya alan şəxslərin DSMF Masallı şöbəsinə çağırılması və onlarla hansı bazarlığın aparılmasıdır. Göndərilən məlumatları dəqiqləşdirdikdən sonra yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Geri dön