Sahibkarlığa Kömək Milli Fondu təftiş edilməyə başlayır – Nazir çətin suallar qarşısında
Tarix: 11-11-2015, 10:44 | Çap et
Sahibkarlığa Kömək Milli Fondu təftiş edilməyə başlayır – Nazir çətin suallar qarşısında
İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyindəki Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyətinin yoxlanılmasına başlana bilər.

Bu barədə Qaynar.info-ya hökumətə yaxın mənbələrdən məlum olub.

Bildirilir ki, buna səbəb Fondun fəaliyyəti ilə bağlı son bir ildə Prezident Adminstrasiyasına və hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlərin daxil olmasıdır. Şikayətlər əsasən SKMF-nin sahibkarlara güzəştli kreditlər ayırarkən ayrı-seçkiliyə yol verilməsi, həmçinin sahibkarlardan “şapka” tutulması bir çox buna bənzər qanunsuzluq halları ilə bağlıdır.

SKMF ilə bağlı yoxlamaların iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevi çətin suallar qarşısında qoyması istisna edilmir. “Xüsusilə nazirin sahibkarların adlçəkilən Fonddan şikayətlərinə operativ və obyektiv reaksiya verməməsi, SKMF-nin fəaliyyətindəki qaranlıq məqamların aydınlanması istiqamətində lazimi aaadımlar atmaması, təsirli tədbirlər görməməsi əsas gətirilə və Şahin Mustafayevin də adı son vaxtlar hakimiyyətin qəzəbinə gələn nazirlər siyahısına düşə bilər” deyə saytımıza daxil olan məlumatda vurğulanır.

“SKMF-nin məqsədi Azərbaycan Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. Fondun vəsaitləri hesabına ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək; fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq və təkliflər vermək; fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək; fondun vəsaitləri hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək; sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək və s. kimi vəzifələr qurumun əsasnaməsində əksini tapıb. Fondun əsas vəzifələrindən biri də ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərməkdir. Amma ölkədə qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin real durumu Fondun hazirki rəhbərliyinin öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyini şübhə altına alır. Ötən ilki rəsmi statistikaya inansaq, SKMF hər il sahibkarlara orta hesabla 150 milyon manata yaxın güzəştli kredit verib. Ancaq həmin vəsaitlərin qarşılığında ölkədə yerli istehsalın göstəriciləri, məhsul bolluğunun yaranmaması, ixracat rəqəmlərində ciddi artışın müşaiyət edilməməsi və s. əndişə doğurur. Bu güzəştli kreditlərin verilməsində şəffaflıq prinsiplərinin gözlənildiyinə dair şübhələri artırır” – deyə mənbələrimiz bildiriblər.

“Hökumətin əlində konkret faktlar var ki, kiçik və orta sahibkarlar SKMF-dən 10-15 min manatlıq güzəştli kreditlər almaq üçün aylarla gözləməli olduğu halda bəzi iri sahibkarlar bu Fonddan bir neçə milyon manatı çox asanlıqla almağı bacarırlar. İndiyədək belə hallarla bağlı Şahin Mustafayevə dəfələrlə bildirilsə də, bu və digər qanunsuzluqların aradan qaldırılması istiqamətində ciddi addımların atılmayıb. Sual yaranır: görəsən niyə?!” - deyən qaynaqlarımız bu və digər məqamların aparılması gözlənilən genişmiqyaslı yoxlamalar nətcəsində üzə çıxarılacağını da sözlərinə əlavə edirlər: “Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə daha bir nazir ətrafında hay-küylü proseslərə start verilməsi realdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net