Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?
Tarix: 28-10-2015, 10:24 | Çap et
Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?
Ötən günlərdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun sabiq MTN şefi Eldar Mahmudovla əlaqələri ilə bağlı məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, komitə sədrinin sabiq nazirlə «Azinko» tikinti şirkəti üzərindən şərikliyi olub.

JAM.AZ-a verilən məlumatda vurğulanırdı ki, Kərəm Həsənovla Eldar Mahmudov arasındakı münasibətlər təkcə biznes üzərindən deyil, həmçinin başqa rənglər də alıb.

Belə ki, hal hazırda Milli Təhlükəsizlik Nazirliyində (MTN) komitə sədrinin qudası heç də kiçik olmayan vəzifə başındadır. JAM.AZ xəbər verir ki, Kərəm Həsənovun qudası qohumluq əlaqələrinə qədər DYP-də çalışıb və kapitan rütbəsində olub. Həsənovla qohumluq əlaqəsi yarandıqdan sonra komitə sədri Eldar Mahmudovdan qudasına vəzifə istəyib. Və sabiq nazir də şərikinin sözünü yerə salmayaraq, DYP-nin kapitanına heç də kiçik olmayan vəzifə verib.

Məlumata görə, Kərəm Həsənovun qudası hal hazırda MTN-də mühüm Baş İdarələrdən birinin rəis müavinidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net