Fəzail Ağamalıdan seçiciləri nədən razılıq edir ki?..
Tarix: 9-10-2015, 11:44 | Çap et
Fəzail Ağamalıdan seçiciləri nədən razılıq edir ki?..
Vertikal.az “Deputatlar keçən beş ildə nə ediblər - Seçicilərin gözü ilə” rubrikasına start verir.
İlk seçdiyimiz 60 saylı Salyan Neftçala seçki dairəsidir. Buranın deputatı “Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı olub.
İlk dayanacağım Salyanın Çuxanlı kəndi oldu. Rastıma çıxan Fariz bəydən deputatlarının kim olduğunu və bu 5 ildə nə iş gördüyünü soruşdum.
Həsənov Fariz , Çuxanlı kənd sakini:
Fəzail Ağamalı bizim kənd üçün nə edib? Fəzail müəllim bizə yol çəkdirib. Fəzail müəllim bizim kəndə qaz gətirib. Canımız odun yandırmaqdan qurtarıb. Məktəbimizi təmir etdirib. Daha nə deyim? Əsas odur ki, şikayətlərimizə qulaq asaraq dərdlərimizə əlac etməyə həmişə kömək edib.
Fariz bəylə sağollaşıb gedirik.
Yolum Qarabağlı kəndinədir. Bu kəndə çatanda ilk rastıma çıxan Hacı Müsa kişidir. Hacıdan deputatlarının kim olduğunu soruşanda o dəqiqə cavab verir
-Fəzail Ağamalı.
- Hacı nə əcəb belə yadında qalıb deputatın?
- Bir hadisə danışım sizə. Özüm şahidi olmuşam. Bizim məktəbimiz çox bərbad gündə idi. Bir gün Fəzail müəllim o vaxt təhsil naziri olan Misir Mərdanovla kəndə gəldi. Məktəbə baxırdılar. Fəzail müəllim Misir müəllimə dedi:
-Misir müəllim bizim nəvələrimiz belə məktəbdə oxuya bilərlər?
-Misir müəllim başını buladı yəni “yox”
Fəzail müəllim onda dedi:
-Bəs bunların uşaqları necə oxusun bu xaraba qalmış məktəbdə?
Sağ olsun Misir müəllimi, təmir elətdirdi. İndi məktəbimiz bəlkədə deyərdim reqionda ən gözəl məktəbdir! Bax mən Fəzail müəllimi belə tanımışam.O deputatımız olandan qaz çəkilib. Yolumuz çəkilir. Salyan – Şirvan yolu. İşləyir Fəzail müəllim bizim üçün bacardığını edir.
Hacı ilə sağollaşıb gedirik Xələcə. Şair Ağamalının görüşünə. Şairlə mənim tanışlığım keçmişə gedir. O bizi kəndin girəcəyində qarşılayır. Şairə də eyni sualı verirəm.
-Deputatınız kimdir.
Fəzail Ağamalı.
Fəzail Ağamalı bu beş ildə axı sizə bir deputat kimi nə edib?
Başqaları kimi söz verib qaçmayıb. Kəndin abadlaşdırılmasına kömək edib. Kənd tam qazlaçdırılıb.
Bu zaman yanımızdan salamlaşaraq bir xanım keçir. Ona müraciət edərək kim olduğunu soruşuram. Müəllimədir. Rübabə xanım. O da deputatını tanıyır.
Rübabə xanım deyir ki, məktəblərinə təmir lazımdır. Nazirlikdən onlara hələ gözləyin deyirdilər. Lakin Fəzail müəllimə bir deputat şikayət edəndən sonra məktəblərinin təmirini 2016- cı ilin planına salıblar. Təmir edəcəklər.
Dairənin ərazisində olan Yeni Uluxanlı kəndinəgəldim. Adını qədim ellərdən götürmüş Uluxanlı kəndi. Rastımıza çıxan kənd sakini Qulu Novruzovdan deputatlarının kim olduğunu soruşuram. O bizə baxaraq gülümsəyir.
- O yolu görürsən ( yola baxırıq) o təzə çəkiləni deyirəm. Bax o yolu çəkdirən kişidir. Fəzail Ağamalı. Bu yol Kürsəngidən başlayır və düz Yolustünə qədər gəlir.
Bu kəndlərin məktəblərinin təmirində Fəzail müəllimin böyük əməyi olub. Kişi söz verdi yerinədə yetridi. Əkinlərə su çatdırılması, qazlaşma. Hansını deyim. İmkanı çatan hər dərdimizə kömək etməyə çalışıb. Biz o kişidən narazı deyilik. Başqaları kimi seçilənə qədər dağları söz verib, bir az asfalt çəkib qaçmayıb. Yasımızda toyumuzda bizimlə olub. Kişi kimi nə söz verirsə edir. Bizə də nə lazımdır? Dərdimizə şərik çıxan, sözümüzü, dərdimizi yuxarılara çatdıran və dərdimizə əlac edən bir deputat. Bax Fəzail müəllim eləsindədndir.
Qarşımızda daha bir böyük kənd var. Neftçalanın Aşağı Surra kəndi . Şəhid ailəsi olan Ənvər kişinı sorğu suala tuturam. Aşağı Surra sakini Tağıyev Ənvər.
-Ənvər kişi deputatınz kimdir?
- Bax o su nasoslarını, transformatoru görürsən quraşdırırlar. Onu göndərən kişi. Qarşınızda olan bu gözəl məktəbi təmir elətdirən kişi, buralara qaz gətirən kişi, uşaq baxçasını təmir elətdirən kişi, əkinlərimizi susuzluqdan qurtaran kişi.
Fəzail Ağamalı! O kişi bunları bu beş ildə bizə edib. Əkinlərimiz susuzluqdan yanırdı. Su gəturdi əkinlərimizə. İndi də o transformatorla, motorları gördünüzdə düşürürdülər. Yanmışdı köhnələri, indi onları təzələyirlər. Pis günümüzdə, yaxşı günümüzdə yanımızda olub. Çalışıb kömək eləsin. Yox Fəzail Ağamalı haqqında pis deyə bilmərəm. Kişi kəndə kömək edib.
Sorğu sualımızı burda kəsdik. Hər halda 60 saylı Salyan Neftçala Seçki Dairəsinin seçiciləri Fəzail Ağamalını tanıyırlar. Özüdə işlərinə görə.
Rubrikamızı isə başqa deputatlarla davam etdirəcəyik. Əziz oxucular siz də öz təkliflərinizi edin.
Aydın Boyatlı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net