Bakıda "Botanika Bağı"nı kimlər məhvə aparır - Sonra da ərazisi satılacaq?
Tarix: 12-08-2015, 12:08 | Çap et
Bakıda "Botanika Bağı"nı kimlər məhvə aparır - Sonra da ərazisi satılacaq?
Bakıda Botanika vağı məqsədli şəkildə məhv olunur. Vertikal.az bildirir ki, artıq bağ tamaməın xaraba vəziyyətə qalıb. Bağdakı nadir ağaclar baxımsızlıqdan məhv olmaq üzərədir.

Sanki hansısa məmur bu bağa taçahını salıb ki, sonradan məhv olmuş bağın ərazisini zəbt eləsin. Hər halda, bu kimi hallara dəfələrlə şahidlik etmişik.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika Bağı (Bakı Nəbatat Bağı) bu gün faktiki olaraq susuzluqdan məhv olur. Bu bağın aylardır susuz qalması haqda mətbuatda gedən çoxsaylı yazılar da problemin həllinə yardımçı olmur.

Onu da bildirək ki, bir müddət əvvəl bir neçə media təmsilçisi söüzgedən bağda videoçəkiliş də aparmışdı. Amma bu da problemin həllinə səbəb olmayıb.

Vertikal.az həmin videoçəkilişi təqdim edir:







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net