Bakıda ərzaq dükanlarında kəskin bahalaşma
Tarix: 7-08-2015, 11:50 | Çap et
Bakıda ərzaq dükanlarında kəskin bahalaşma
Bakının iri marketlərində dünən gecədən etibarən bütün malların qiymətində kəskin bahalaşma qeydə alınmağa başlayıb. GUNDEMİNFO.AZ-a məlumat verən dükan sahibləri deyiblər ki, artıq topdansatış bazalarından mal gətirən şirkətlər qiymət cədvəlində 40-70 faiz arasında dəyişiklik ediblər.

Artımların baş verməsi barədə ictimayyətə məlumat verməsələr də, xüsusilə qida məhsullarının qiymətlərində kəskin artım müşahidə edilməkdədir. Sahibkarlar deyir ki, topdansatış bazaları bir qrup şəxsin inhisarında olduğu üçün çay, qənd, ət və ət məhsulları, süd və süd məhsulları, bütün növ yağların qiymətlərində artımlar müşahidə edilir. Artımlarla bağlı hələlik dövlət qurumları heç bir açıqlama vermirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net