Suraxanı şefinin prezidentə məkrli yalanları ifşa edildi – Şok faktlar
Tarix: 3-08-2015, 12:53 | Çap et
Suraxanı şefinin prezidentə məkrli yalanları ifşa edildi – Şok faktlar
Dövlət başçısının məmurlara etdiyi sərt xəbərdarlıqlara baxmayaraq, hələ də ibrət dərsi götürməyən vəzifəlilər var. Həmin məmurlar Prezident İlham Əliyevin son müşavirələrdə bəyanatlarını qulaqardına vururlar. Onlardan biri də Suraxanı rayon icra hakimi İlqar Abbasovdur. Bakının əsas rayonlarından birinə rəhbərlik edən İ.Abbasov ölkə başçısının daxili siyasətinə zidd əməlləri, xalqı narazı salan hərəkətləri ilə diqqət çəkir.

Bunu TİA.AZ-ın apardığı araşdırmalar, müxbirimizin şahidi olduğu problemlər və Suraxanı sakinlərinin redaksiyamıza saysız-hesabsız şikayət məktubları deməyə əsas verir.
Araşdırmalar göstərir ki, Suraxanı şefi ölkə rəhbərinə yalan məlumatlar məruzə edir, ayrılan vəsaitlərin bir qəpiyini də rayonun inkişafına sərf eləmir.
Bunun təsdiqidir ki, Suraxanıda yaşayan və ya ora yolu düşənlər necə bir acınacaqlı, bərbad şəraitin hökm sürdüyünün şahidi olsun.
TİA.AZ xəbər verir ki, Prezidentə artıq İ.Abbasov haqda məlumatlar daxil olmaqdadır. Hətta ölkə başçısının KİV-lə görüşündə hər bir məsələdən mətbuat vasitəsi ilə xəbərdar olduğunu deməsi Suraxanı rəhbərliyinə bir mesaj olmalıdır.
Reaksiya.az da yazıb ki, zaman keçdikcə Suraxanı rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıqlar azalmaqdansa daha da artır.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla bağlı şikayətlər, müraciətlər gündən-günə çoxalır. Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı, Hövsan və Zığ olmaqla altı qəsəbəni əhatə edən rayonda həllini gözləyən məsələlər kifayət saydadır.
Narazılıqlara səbəb olan məsələlərdən ən başlıcası isə rayon ərazisində yaşayış tikintisi üçün ayrılan torpaqların həddindən artıq baha qiymətə satılmasıdır.
Bu problemlə bağlı şikayətlər əsasən Hövsan qəsəbəsi, Bahar bağları deyilən ərazidəndir. Qəsəbə sakinlərinin əksəriyyəti bildirir ki, uzun illərdir qəsəbə bələdiyyəsində yaşayış evi tikmək üçün torpaq növbəsinə yazılsalar da hələ də bələdiyyədən bir sot belə torpaq ala bilməyiblər.
Bələdiyyədən isə səbəb olaraq balansda torpaq olmadığı bildirilib. Buna baxmayaraq rayon icra hakimiyyətinin “dəllalları” bazar qiymətindən çox yüksək qiymətə torpaq satışını həyata keçirirlər.
Bir ev tikmək üçün icra hakimiyyətindən, kənd əraziicra nümayəndəliyindən icazə almağın “tası” beş min manatdan başlayır. Və bu məbləğ gündən-günə də artmaqdadır. Hövsan kənd ərazi icra nümayəndəsi Ağasəlim Əliyevin fəaliyyətində bu barədə dəfələrlə nöqsanlar aşkar edilib.
Suraxanı rayonunun Bahar bağları deyilən ərazisində də torpaq satışı zamanı ciddi problemlər yaranmışdı. Belə ki, həmin ərazidə torpaq almaq istəyən kəslər özünü icra başçısının “əlaltısı” və “Baharın sahibi” kimi təqdim edən Hövsan bələdiyyəsində sədr müavini olmuş Arif Aslanovun fırıldaqçılığı ilə üzləşmişdilər.
Suraxanı rayonu ərazisində torpaq satışı zamanı korrupsiya hallarının yaşanması təkcə bu ərazilərə aid deyil. Son illərdə bu barədə Qaraçuxur qəsəbəsində də ciddi nöqsanlar yaranmışdı.
Qaraçuxur bələdiyyəsinin sədri Tahir Rzayev bu məsələdə günahkar bilinmişdi və Tahir Rzayev öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılmışdı.
TİA.AZ bildirir ki, rayon sakinləri iddia edirlər ki, rayon rəhbərliyini sakinlərin və qəsəbələrin heç bir problemi narahat etmədiyindən o sakinləri deyil, öz “cibini düşünür”. Hazırda qəsəbələrdə vəziyyət heç də ürəkaçan deyil. Hövsan qəsəbəsi ərazisində qəsəbədaxili yollar bərbad vəziyyətdədir.
İlk Avropa Oyunlarından qabaq qəsəbəyə gələn yol təmir edilsə də qəsəbənin giriş hissəsində işlər dayandırılıb. Təmir briqadası tərəfindən əvvəlki yol da qaşınaraq yararsız hala salınıb. Yolqırağı ticarət obyektlərinin gündən günə artması nəticəsində qəsəbədaxili yollar çox ensiz haldadır. Bu da tez-tez qəzaların baş verməsi ilə nəticələnir.
Qəsəbə ərazisində istismar müddətini başa vurmuş və hər an təhlükə mənbəyi ola biləcək elektrik dirəkləri və elektrik naqilləri mövcuddur. Həmin elektik xəttləri keçən ərazidə çox sayda yaşayış evləri tikildiyindən bu yarasız xətlər ağır fəsadlarlar törədə bilər.
Sakinləri narahat edən məsələlərdən biri də yeni salınmış yaşayış ərazilərində yollarda asfalt örtüyünün, su və kanalizasiya xəttlərinin olmamasıdır.
Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasovun rayona rəhbərlik etdiyi on il müddətində barəsində xeyli sayda neqativ fikirlər səslənib, iddialar edilib. Bu iddialar və səsləndirilən fikirlər mətbuat orqanlarına qədər yansıyıb. Dəfələrlə qəzetlərdə və saytlarda rayonla bağlı tənqidi yazılar gedib.
Bir müddət əvvəl rayon ərazisində yaşayan Qarabağ əliləri icra hakimiyyətinin zülmünə məruz qaldıqlarını iddia edərək ölkə prezidentinə müraciət ünvanlamışdılar.
Onlar dövlət tərəfindən onlara göstərilən qayğının İlqar Abbasov tərəfindən heçə endirildiyini iddia edirdilər. İddia edirdilər ki, dolanışıqlarını təmin etmək üçün xırda biznesin yaradılmasına imkan verilmir. Səbəb isə həmin ərazidə rayon icra hakimiyyətinin vəzifəli şəxslərinə məxsus müxtəlif ticarət obyektlərinin olmasıdır.
O da deyilir ki, İlqar Abbasov rayon Yaşıllaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Birliyi vasitəsi ilə hər il dövlət büdcəsindən külli-miqdarda vəsaiti talan edir.
Təkcə 2013-cü ildə Suraxanı Mənzil Kommunal Təsərrüfat Birliyinə 720 min manat vəsait ayrılıb. Bu vəsaitin 350 min manatı abadlıq işləri üçün “Dizayn construction” MMC yə köçürülüb.
Yerdə qalan 370 min manat vəsait isə Kommunal Təsərrüfat birliyi tərəfindən ehtiyat tikinti materiallarının (119 min manat), ehtiyat hissələrinin (114 min manat) və xüsusi geyimlərin (137 min manat) alınmasına xərclənib. Bu xərcləmələrlə bağlı məlumatda bildirilir ki, adı çəkilən birlik ehtiyat hissələrinin və tikinti materiallarının alınması zamanı sənədləşdirmələrdə qiymətlərin şişirdilməsinə şərait yaradaraq ayrılan vəsaitlərin bir hissəsinin mənimsənilməsinə yol verilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net