Kişilərin sağlamlığını yaxşılaşdıran məhsullar
Tarix: 24-02-2021, 08:16 | Çap et
Kişilərin sağlamlığını yaxşılaşdıran məhsullar

Sağlamlığını qorumaq və yaxşılaşdırmaq istəyən kişilər qida rasionuna mütləq qırmızı ət, dəniz balığı, midye, quş əti və nar daxil etməlidirlər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu həkim-diyetoloq Marqarita Makuxa bildirib.

Onun sözlərinə görə, bu qidalarda testosteron sintezini ən çox dəstəkləyən yağ turşusu və protein var.

Qeyd olunub ki, metabolik xüsusiyyətlərə və hormonal səviyyələrə görə kişilərin pəhrizi qadınların pəhrizindən fərqlənə bilər. Kişilərdə əzələ toxuması daha inkişaf edib. Əzələ kütləsini qorumaq üçün isə gündəlik protein qidaları qəbul etmək lazımdır. Əsas kişi hormonu olan testosteronun sintezi istehlak olunan qidanın tərkibindən və keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır.

“Bədəndə testosteronun optimal səviyyədə saxlanılması üçün bitki yağlarında, yağlı dəniz balığında, buğda, qoz-fındıqda və avokado meyvəsində olan faydalı çoxlu doymamış yağ turşularından istifadə olunması lazımdır. Bundan əlavə, sink və selenyum ehtiyacını sarımsaq, dənli bitkilər, banan, kələm, dəniz məhsulları və zəncəfildən əldə edilə bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net