Azərbaycanda daha 156 nəfərin koronavirusa yoluxduğu aşkarlandı: Üç nəfər vəfat etdi - FOTO
Tarix: 21-02-2021, 22:08 | Çap et
Azərbaycanda daha 156 nəfərin koronavirusa yoluxduğu aşkarlandı: Üç nəfər vəfat etdi - FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir.

Ölkədə son sutka ərzində 7 236, hazırkı dövrədək isə 2 551 116 test aparılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net