Maşın bazarında son durum: - Alan çoxdur, yoxsa satan?
Tarix: 21-01-2021, 15:59 | Çap et
Maşın bazarında son durum: - Alan çoxdur, yoxsa satan?

Benzin və dizelin qiymətində olan artım sözsüz ki, avtomobil bazarından da yan keçmir.

Son rəqəmlərə görə, benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Hazırda avtomobil bazarında vəziyyət necədir? Maşınını satanlar çoxdur, yoxsa maşın alanlar?

Bu barədə Cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtomobil bazarında vəziyyət çox da xoş deyil:

“Pandemiya və müharibənin təsirindən sonra avtomobil bazarında hələlik nikbinlik, dirçəliş sezilmir. Üstəlik, benzin və dizel yanacağının qiymətinin artması da müəyyən çətinliklər yaradır. Təbii ki, bu da avtomobil bazarına təsirsiz ötüşmür. Eyni zamanda, avtomobilə aid olan müxtəlif detalların, yağların qiymətinin artması da gözlənilir. Hətta məndə olan məlumata görə, artıq sürtkü yağlarının qiymətində də bahalaşma var. İkinci əl maşınların satışı və alışı daha çoxdur. Yeni maşınlarda isə daha çox sərfiyyat baxımından uyğun olan avtomobillərə üstünlük verilir. Yəni hazırda vəziyyət heç də ürəkaçan deyil”.

Ekspert onu da əlavə edir ki, əgər belə davam edərsə, bu barədə dövlət tərəfindən hansısa addımlar atılmalıdır:

“Məsələn, ölkəyə hansısa avtomobil gətirərkən, gömrükdə müəyyən güzəştlərin olması yaxşı olardı. Bununla bağlı məsələyə bir daha baxmaq olar. Bu zaman avtomobil bazarında daha yaxşı nəticəyə çatmaq olar. Avtomobil sənayesi ölkədə büdcənin formalaşmasında böyük rol oynayır. Bu səbəbdən, dövlətin kiçik bir təkanı bu sahəyə böyük dəstək ola bilər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net