Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma - FOTO
Tarix: 26-12-2020, 16:42 | Çap et
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma - FOTO
Azərbaycanda koronavirusa (COVID-19) 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 46 238 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 12 507, hazırkı dövrədək isə 2 141 798 test aparılıb.

Ümumi ölənlərin sayı 2454 nəfərdir.

Ümumi yoluxanların sayı 213 192 nəfər, ümumi sağalanların sayı 164 500 nəfərdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net