Pulsuz verilməli olan müalicə paketləri 50 manata apteklərdə satışa çıxarıldı: - "Gözünüz nə vaxt doyacaq?"
Tarix: 19-12-2020, 13:06 | Çap et
Pulsuz verilməli olan müalicə paketləri 50 manata apteklərdə satışa çıxarıldı: - "Gözünüz nə vaxt doyacaq?"
"Vətəndaşlara pulsuz verilməli olan müalicə paketləri (hansı ki, indi deyirlər çatışmadığı üçün ancaq imtiyazlı xəstələrə verilir) apteklərdə satışa çıxarılıb".

Cebhe.info xəbər verir ki, bu barədə həkim Qalib Əsədov "Facebook" hesabında yazıb.

"Bu qədər də yox da. Sizin gözünüz nə vaxt doyacaq?", - deyə o əlavə edib.

Cebhe.info əməkdaşı da "Nizami" metrostansiyası və Qış parkı ətrafındakı apteklərdə sözügedən paketlərin satışına şahid olub. Paketlərdə hətta TƏBİB-in göstərişi var. Paket ilkin müalicə üçün nəzərdə tutulub, içində vitamin D, C kimi preparatlar var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net