Sahibkarlar tamahlarını qorumasalar, vəziyyət yenidən pisləşəcək - GƏLİŞMƏ
Tarix: 13-08-2020, 11:42 | Çap et
Sahibkarlar tamahlarını qorumasalar, vəziyyət yenidən pisləşəcək - GƏLİŞMƏ

Sahibkarlar tamahlarını qorumasalar, vəziyyət yenidən pisləşəcək
“Dövlətimizin pandemiya ilə əlaqədar gördüyü profilaktik tədbirlərin uğurlu nəticəsidir ki, ölkəmizdə yoluxma sayı günü-gündən azalmaqdadır. Bu durum kafe və restoranların açılması üçün zəruri imkanlar yaradır. Amma müəyyən şərtlər, yeni qaydalar əsasında”.

Bu sözləri “Şərq”ə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, belə bir şəraitdə istehlakçılar, kafe və restoran sahibləri yeni bir mədəniyyət, yeni bir davranış nümayiş etdirməlidirlər: “Bütün dünya eyni çağırışla bir-birinə səsləndi. Lakin bu çağırış insanların əzrail qorxusuna lazımi təsir göstərmədi. Ona görə də onların davranışını dəyişmək üçün illər lazımdır. Cəmiyyətimizdə bu gün aktual olan məsələlərdən biri kafe və restoranların açılmasıdır. Düşünürəm ki, hər kəs Nazirlər Kabinetinin qərarına uyğun anlayışlı davranış nümayiş etdirməlidir. Hər bir iaşə obyektinin qapısında temperatur yoxlama zonası olmalı, maska və dezinfeksiya məsələlərinə isə xüsusi diqqət yetirilməlidir”.

E.Hüseynov rayon, kəndlərin kafe və restoranlarında olan mövcud duruma da diqqət çəkib:

“Bir çox şəhər, kəndlərin kafe və restoranlarında sanitar qovşaqlar çox bərbad vəziyyətdədir. Nazirlər Kabinetinin yeni qərarına əsasən, istərdim ki, xüsusən sanuzellər diqqətdə saxlanılsın. Bir çox sahibkarlar ancaq tamah məqsədi güdsələr, vəziyyət əlbəttə ki, pisləşəcək. Daha bir önəmli məsələyə diqqət çəkmək istəyirəm. Çox zaman istehlakçılar mənə zəng edərək şikayət edirlər ki, vətəndaşlara bir çox xəbərdarlıqlar etsək də, mövcud durumla bağlı qaydalara riayət edilmir. Bəs necə edək? Belə halda tövsiyə edirəm ki, 102 xidmətinə zəng vuraraq polis çağırsınlar. Ümumiyyətlə, belə məsələlərdə ictimai qınağın olması ən vacib məsələdir. İnsanlar irad tutmaqdan çəkinməməlidirlər. Bəzi kafe və restoranların mətbəxlərində də vəziyyət çox acınacaqlıdır. Təklif edərdim ki, mətbəxlərlə bağlı müəyyən normativ qaydalar müəyyən edilsin. İstehlakçılar açıq mətbəxə üstünlük versinlər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net