Koronavirusa yoluxub vəfat edən həkimlərlə bağlı açıqlama
Tarix: 8-08-2020, 13:09 | Çap et
Koronavirusa yoluxub vəfat edən həkimlərlə bağlı açıqlama

“Koronavirusa yoluxub həyatını itirən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir”.

“Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirusdan vəfat edən həkimlər daha çox ümumi xəstəxanalarda və təcili tibbi yardımda çalışanlar olub: “Bizim üçün müalicə yanaşmasında xəstənin tutduğu vəzifəsi yox, xəstəliyin ağırılıq dərəcəsi önəmlidir. Həkimlər xəstələrlə daha çox təmasda olduqları üçün onlar bu xəstəliyi daha ağır keçirirlər. Onların müalicəsi dövlər rəhbərliyinin və TƏBİB-in daim diqqət mərkəzindədir”.




Xəbərlər
 
 
 
 
 
 
 
01-10-2020 03:58
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net