Şəhid general Polad Həşimovdan kitab nəşr edildi - Pulsuz yayılacaq
Tarix: 5-08-2020, 10:26 | Çap et
Şəhid general Polad Həşimovdan kitab nəşr edildi - Pulsuz yayılacaq
“Qanun” nəşrlər evi şəhid general-mayor Polad Həşimovdan bəhs edən kitab çap edib. 2000 tirajla çap edilən “Polad generalımız” adlı kitab avqustun 4-dən etibarən pulsuz olaraq paylanılacaq. Bu barədə “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib. Şahbaz Xuduoğlunun sözlərinə görə kitabda mərhum general haqda maraqlı xatirələr dərc edilib:

““Məktəblilər üçün liderlik dərsləri” adlı seriyamız var. Burada uşaqların başa düşdüyü dildə məşhur şəxsiyyətlər, liderlər haqda kitablar nəşr edirik. Polad Həşimovdan bəhs edən kitabı da həmin seriada nəşr etdik.

Kitabda Polad Həşimovun təhsil aldığı məktəb, məktəbdə onunla bağlı olan xatirələr, daha sonra əsgər və generalların, ailəsinin xatirələri toplanıb. Bir daha qeyd edim ki, kitab çox başa düşülən tərzdə nəşr olunub.

Bu kitab bizim nəşriyyatımızın bir töhfəsidir.

İstərdik ki, belə bir generalın həyatı məktəblərdə dərsliklərə salınsın, öyrənilsin. Kitab pulsuz yayılır, çünki qeyd etdiyim kimi bu bir töhfədir. Bunu bacarırdıq, bunu da etdik.

Düşünürəm ki, bu kitab general Polad Həşimovadan bəs edəcək sonuncu kitab olmayacaq. Yəqin ki, bir il ərzində onun barəsində xatirələr daha müfəssəl şəkildə öyrəniləcək və daha yeni bir kitab hazırlanacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net