AQTA reyd keçirdiyi 74 obyektdə qanun pozuntusu aşkarladı
Tarix: 29-07-2020, 16:14 | Çap et
AQTA reyd keçirdiyi 74 obyektdə qanun pozuntusu aşkarladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 188 ərzaq satışı mağazası olmaqla ümumilikdə 237 müəssisədə reyd keçirib.

"Report" xəbər verir ki, reyd keçirilən obyektlərdən 74-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

◾ Bakı şəhəri üzrə:
“Yaxın”, “Anar”, “Bolluq”, “Əli” marketlər, Allahverdiyev Mürşid Allahverdi oğluna, Abdullayev Bəkir Əli oğluna, Mahmudov Toğrul Dağlar oğluna, Şirinova Nailə Mehman qızına, Həşimov Vüsal Qılman oğluna, Musayev Nurlan Əbülfəz oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:
◾ Sumqayıt şəhərində Əsgərov Rövşən Bibiqulu oğluna məxsus ərzaq mağazası
◾ Abşeron rayonunda Allahverdiyev Rövşən İsa oğluna və Novruzov Qaçay Tofiq oğluna məxsus ət satışı mağazaları
◾ Şabran rayonunda Əliyev Tural Fizuli oğluna məxsus “Cənnət” kafesi (fəaliyyəti məhdudlaşdırılmışdır)
◾ Quba rayonunda “Aynur”, “Hay-küy”, “Şah plov” restoranları, Əhədov Mübariz Vaqif oğluna, Cəfərov Babək Rövşən oğluna məxsus kafelər

◾ İsmayıllı rayonunda “Quşəncə”, “Emin”, “Şirvan” marketlər, Hüseynova Dilşad Mahmud qızına, Babayeva Asudə Həsənalı qızına məxsus ərzaq mağazaları, “Bahar”, “Royal”, Babayev Tərlan Ağaməmməd oğluna, Tağıyev Natiq Əli oğluna məxsus kafelər
◾ Ağsu şəhərində Müslümzadə Cəlal Alxas oğluna məxsus ərzaq mağazası
◾ Kürdəmir rayonunda “Qızılgül”, “Elmar”, “Hikmət”, “Şah” kafeləri, “Bakı” restoranı
◾ Şirvan şəhərində Hüseynov Şahin Sayadxan oğluna məxsus ərzaq mağazası
◾ Salyan rayonunda Kərimov Anar Sabir oğluna, Sadıqov Rəhman Məhəmməd oğluna məxsus ərzaq mağazaları
◾ Sabirabad rayonunda Həsənov Mübariz Mügdət oğluna məxsus ərzaq mağazası
◾ Neftçala rayonunda Eminov Azərçin Emin oğluna məxsus kafe
◾ Mingəçevir şəhərində Şirinov Vüsal Məhərrəm oğluna, Zülfüqarova Gülşən Qaryağdı qızına, Qasımova Gözəl Vəli qızına, Əsgərova Gülnarə Tapdıq qızına, Rəfiyev Abək Rəfi oğluna, Fərzəliyev Yunis Usub oğluna və Məmmədov Mehman Bahadur oğluna məxsus ərzaq mağazaları
◾ Oğuz rayonunda Daşdəmirov Çingiz Fərrux oğluna məxsus kafe
◾ Balakən rayonunda Mustafayeva Pirdaş Şaban qızına məxsus kafe
◾ Zaqatala rayonunda Rzayev Əfqan Rəşid oğluna məxsus “Olimp” market, Züqanov Bayram İsmayıl oğluna məxsus “Turan” market
◾ Cəlilabad rayonunda Əliyev Dadaş Əyyub oğluna, Urfiyev Hikmət Feyruz oğluna, Bağırov Ramil Ramiz oğluna, Abbasov Şahin İslam oğluna məxsus ət satışı mağazaları
◾ Gəncə şəhərində “Nicat” market
◾ Daşkəsən rayonunda Məmmədov Fuad Məhəmməd oğluna məxsus ərzaq mağazası, “Röyal” kafe
◾ Göygöl rayonunda Əliyev Elkin Vaqif oğluna, Məmmədov Tural Alim oğluna məxsus ərzaq mağazaları, “Pərvin” market
◾ Şəmkir rayonunda Ocaqverdiyev Teymuraz Nəriman oğluna, Yusibov Fariz Telman oğluna, Bayramov Telman Yusif oğluna məxsus ət satışı mağazaları
◾ Ağstafa rayonunda “Xan bağı”, “Ailəm” kafeləri, Yusifov Emin İnayət oğluna və Nəzərov Xəqani Anar oğluna, Abdullayev Eynur İlham oğluna məxsus ət satışı mağazaları
◾ Qazax rayonunda “Dinamo”, “Palma”, “Elvin” kafeləri, “Sərfəli” market
◾ Füzuli rayonunda İbişov Rafiq Azər oğluna və Şamıyev Rəşad Tahir oğluna məxsus ərzaq mağazaları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net