Londondakı davanın əsas səbəbi: ermənilərdən biri bayrağımızı təhqir edib - VİDEOSÜBUT
Tarix: 29-07-2020, 04:45 | Çap et


Dünən Böyük Britaniyada yaşayan azərbaycanlılar tərəfindən keçirilən Londondakı yürüşlə bağlı yeni detallar məlum olub.

Musavat.com xəbər verir ki, Azərbaycan dövlətinə və Silahlı Qüvvələrimizə dəstək kimi nəzərdə tutulan yürüş -mitinqdə ermənilərin təxribatına dair videosübut əldə olunub.

Məlum olduğu kimi, Tovuz döyüşlərindən və yüksək rütbəli komandanlarımzın şəhid olmasından sonra dünyanın çeşidli ölkələrində erməni aqressiyasına etiraz aksiyaları başlayıb. Həmin aksiyaların da əksəriyyətində ermənilər təxribat hərəkətləri edib, azərbaycanlıların yerli hakimiyyətlərlə razılaşdırdığı qanuni aksiyalarına hücumlər çəkiblər.

London aksiyası da istisna olmayıb. Musavat.com -un təqdim etdiyi vodeo-parçadan aydın şəkildə görünür ki, ermənilər dinc yürüşümüzü pozmaq, soydaşlarımızı təxribata çəkmək üçün zəncirə bağlanmış it kimi, ingilis polisinin arxasından dartınmaqdadırlar. Videonun sonundan da aydın görür: ermənilərdən biri milli bayrağımıza cumur, ona doğru tüpürür və açıq -aydın, dövlət atributimuzu təhqir edir. Məhz bu zaman soydaşlarımız bu təxribata reaksiya verirlər.

Buyurun, baxın! Daha bir erməni şərəfsizliyi, daha bir həyasızlıq və namərdilik hər kəsin seyr edə biləcəyi videosübutda!



Musavat.com







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net