ICESCO İslam dünyasında su təhlükəsizliyi mövzusunda forum keçirəcək
Tarix: 24-07-2020, 19:49 | Çap et
ICESCO İslam dünyasında su təhlükəsizliyi mövzusunda forum keçirəcək

Qahirə, 24 iyul, AZƏRTAC

İyulun 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) “Su təhlükəsizliyinin İslam dünyasında sülh və inkişafın təmin edilməsində rolu” mövzusunda virtual forum keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu tədbirin keçirilməsi gələn il Seneqalda təşkil ediləcək Dünya Su Forumuna hazırlıq məqsədi daşıyır. ICESCO-nun məlumatında bildirilir ki, tədbirdə iştirak edəcək üzv ölkələrin nümayəndələri Dakar forumuna təqdim ediləcək hesabatların xülasəsini təqdim edəcək, öz ölkələrində su təhlükəsizliyi ilə əlaqədar vəziyyətdən danışacaqlar. Foruma, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri də qatılacaq. Ekspertlər İslam ölkələrində su ehtiyatları, onlardan səmərəli istifadə və bu sahədə əməkdaşlığa dair hesabatlarla çıxış edəcəklər. Tədbir çərçivəsində ICESCO və Dakar Dünya Su Forumunun baş katibliyi arasında əməkdaşlığa dair sənəd də imzalanacaq.




Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net