Tanınmış jurnalist koronavirusa yoluxdu: Vəziyyəti ağırdır
Tarix: 22-07-2020, 15:38 | Çap et
Tanınmış jurnalist koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

“Koronavirusa yoluxan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir”.

Oxu.Az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib.

O qeyd edib ki, Əmrah Fəqanoğlunun vəziyyəti çox pisləşib:

“Həkimlər onun vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Uzun illər birgə çalışdığı həmkarları, tələbə yoldaşları ilə əlaqə saxladım, hamı vəziyyəti bilir və dua edir. Əlimizdən başqa heç nə gəlmir. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, jurnalist süni tənəffüs cihazına qoşulub:

“Hazırda intensiv terapiya şöbəsində müalicə olunur. Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net