Abşeron sakinlərinin şikayətinə RƏSMİ CAVAB: “Ərazinin təmizlənməsini tələb etməlidilər”
Tarix: 9-07-2020, 13:55 | Çap et
Abşeron sakinlərinin şikayətinə RƏSMİ CAVAB: “Ərazinin təmizlənməsini tələb etməlidilər”

Xırdalanda binaların qarşısına zibil tullantıları atılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə foto sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, insanlar zibilləri binaların qarşısına atır, Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) müvafiq strukturları isə həmin tullantıları oradan yığışdırılmırlar.

Abşeron RİH-dən Oxu.Az-a bildirilib ki, həmin bina “Turan” MTK-ya məxsusdur:

“Məişət tullantılarının ərazidən daşınması üçün MTK ilə Abadlıq Kommunal İdarəsi arasında müqavilə bağlanıb. Bu müqaviləyə görə, “Turan” MTK hər ay ödəniş edir, əvəzində idarə də maşın və fəhlə ayıraraq, ərazidən məişət tullantılarını daşıyır.

Lakin son üç aydır ki, MTK ödənişdən imtina edir. Ona görə də idarəyə kifayət qədər borcu yaranıb”.

“Bu binada yaşayan sakinlər zibil pulunu adıçəkilən MTK-ya ödədiyi üçün onlardan da ərazinin təmizlənməsini tələb etməlidirlər”, - deyə qurumdan qeyd edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net