“Azərsu” rəsmisi: “Sobsan” boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür"”
Tarix: 7-07-2020, 18:31 | Çap et
“Azərsu” rəsmisi: “Sobsan” boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür"”
Böyükşor gölünün ətrafında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azərus” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır:

“Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri-əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur.

Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, iki gün əvvəl yanğın baş vermiş "Sobsan" boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyəti qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net