“Rabitəbank”dan məcburi köçkün ailəsinə 65 000 AZN yardım!
Tarix: 30-06-2020, 13:09 | Çap et
“Rabitəbank”dan məcburi köçkün ailəsinə 65 000 AZN yardım!

İyunun 30-da fəaliyyətinin 27-ci ilini qeyd edən “Rabitəbank” ASC üçün 2020-ci il müstəsna il oldu. “Rabitəbank” ölkədə COVİD-19 virusu ilə bağlı tətbiq edilən karantin rejiminin şərtlərinə uyğun olaraq, öz ad günündə artıq ənənə halını almış korporativ-hesabat tədbirini təxirə saldı.

Lakin bununla yanaşı, “Rabitəbank” sözügedən tədbirə sərf ediləcək vəsaiti Zəngilan rayonu, Məmmədbəyli kəndindən olan doqquz nəfərlik məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərf edərək, bu ad gününü yaddaqalan etdi.

Doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayan “Rabitəbank” iyunun 29-da Məmmədəmin Rəsulzadə qəsəbəsində məskunlaşmış doqquz nəfər üzvü olan Emiralıyev ailəsini sevindirdi. İllərdir ev arzusunda olan Emiraliyevlər ailəsinə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Rabitəbank” tərəfindən 65 000 AZN birdəfəlik maliyyə yardımı göstərildi. Zəngilan rayonunun Məmmədbəyli kəndindən olan böyük ailənin başçısı Emiralıyev Bilal Xanı oğlu “Rabitəbank”a bu təşəbbüsə görə minnətdarlığını bildirib, bu addımın nümunəvi mənəvi hərəkət olduğunu vurğulayıb: “Böyükdən kiçiyə qədər hər bir ailə üzvümüzün adından “Rabitəbank”a sonsuz təşəkkürümüzü bildiririk, bizi unutmadıqları üçün və səxavətliliyə görə çox sağ olun”.

“Rabitəbank” korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq, 2020-ci ildə də aztəminatlı ailələrin, həssas vətəndaş qruplarının rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atmaqdadır və bu addımlar gələcəkdə də davam edəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net