Sumqayıtda dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu, biri öldü
Tarix: 25-06-2020, 10:57 | Çap et
Sumqayıtda dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu, biri öldü
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Qarnizonun 11 əməkdaşı koronavirusa yoluxub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, pandemiya dövründə Sumqayıt Dövlət Yanğından Mühafizə Qarnizonunun əməkdaşlarından COVID-19-a qarşı test nümunələri götürülüb.

Nəticələrə əsasən, 11 əməkdaşda COVID-19-a yoluxma müsbət olub. Həmin şəxslər aidiyyəti üzrə pandemiya əleyhinə xəstəxanalara yerləşdirilib və müalicələrinə başlanılıb. Artıq onlardan doqquzu tamamilə sağalıb, bir nəfər isə evdə izolyasiya tədbirləri ilə müalicəsini davam etdirir.

Mənbənin verdiyi məlumata görə, virusa yoluxanlardan biri, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Qarnizonunun 119 nömrəli Yanğından Mühafizə bölməsinin manqa komandiri, baş çavuş Abdullayev Əsgər bir neçə gün öncə müalicə aldığı Quba Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Bütün tibbi müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net