Vətəndaşın sayğacına baxılmadan ona BORC YAZILDI - "AZƏRSU"-dan ŞİKAYƏT
Tarix: 12-07-2017, 09:07 | Çap et
Vətəndaşın sayğacına baxılmadan ona BORC YAZILDI - "AZƏRSU"-dan ŞİKAYƏT
Vətəndaşın su sayğacına baxmadan ona borc yazdılar.

BiG.AZ-a Hövsan sakini olan Mirzəyev Rahib Allahverən oğlu tərəfindən daxil olan şikayətdə bildirilir ki, 2016-cı ilin dekabr ayının 8-dən qoyulan su sayğacına 2017-ci ilin fevral ayında üzərindəki istifadə həcminə baxılmadan 11 manat artıq borc yazılıb.

Vətəndaş bildirir ki, bu barədə “Azərsu” ASC-nin 955 nömrəli qaynar əttinə müraciət edilsə də şikayətinə obyektiv baxılmayıb. Azərsu –nun Suraxanı rayon şöbəsinin əməkdaşları vətəndaşla razılığa gəlsələr də buna əməl olunmayıb. Şirkət əməkdaşları 11 AZN-lik həcmdə su istifadə edilənə qədər ona borc yazılmayacağını bildirsələr də növbəti ayda ona 27 AZN borc yazılıb. Abonent kodu 0225120462046, sayğacın nomrəsi 16019507 olan vətəndaş bu barədə bütün aidiyyatı orqanlara müraciət edilsə də onun müraciətlərinə baxılmayıb, bu səbəbdən də Azad İstehlakçılar Birliyinə müraciət edərək istehlakçı hüquqlarının qorunması və bu məsələnin BiG.Az saytı vasitəsilə ictimailəşdirilməsini istəyib. Həmçinin vətəndaş növbəti aylar ərzində anoloji hadisənin baş verəcəyindən, onun su sayğacına baxılmadan yenidən qeyri-müəyyən borcların yazılmasından narahat olduğunu ifadə edib: “Yazılan borcun məbləği o qədər də böyük deyil, mən o məbləği ödəyə də bilərəm. Amma kimsə mənə zamin duracaq ki, növbəti aylarda mənə borc yazılmayacaq? Mən sayğacımda istifadə etdiyim həcmi ödəməyə hazıram və ödəyirəm də, lakin mənim istifadə etdiyim məbləğ 3-4 AZN təşkil etdiyi halda mənə 11 AZN, 16 AZN məbləğ yazılır. Bunun hansı qanunvericiliyə əsaslandığını bilmirəm. Müraciətlərim də cavabsız qalıb. Xahiş edirəm bu məsələni ictimailəşdirərək problemə aydınlıq gəlməyinə kömək edəsiniz”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net