Məmur qohumunun rəisi döyməsinin - Gizlinləri
Tarix: 6-04-2016, 09:49 | Çap et
Məmur qohumunun rəisi döyməsinin - Gizlinləri
Füzuli rayonunda insident yaşanıb.

Vertikal.az TİA.AZ-a istinadla xəbər verir ki, bir müddət əvvəl rayon icra başçısının birinci müavini Bağır Aslanovun bacısı oğlu DYPB-nin rəisi Müşfiq Əmirovu döyərək, xəstəxanalıq edib.

Məlumatda vurğulanır ki, qoçu «bacıoğlu» ilə bağlı yazdıqlarımızdan sonra ortalıq qarışsa da, Bağır Aslanov durumu düzəltmək üçün addım atmağa çalışıb. İlk olaraq Müşfiq Əmirovun könlünü almağa çalışan birinci müavin, ardından Füzuli rayon Prokurorluğunda qaldırılmış cinayət işini ört-basdır etmək üçün minnətçi düşüb.

Bağır Aslanovun bacısı oğlunun DYPB-nin rəisini döyməsinin səbəbi rayonda avtoşluq etməsi ilə bağlı olub. Bacıoğlu yüksək sürətlə maşını idarə etdiyi üçün saxlanıb. Ardından isə bunu özünə «pozor» bilən müavinin qohumu DYPB-yə gedərək, orada rəislə dalaşıb. Nəticədə, ağır xəsarət alan Müşfiq Əmirov xəstəxanaya düşməli olub.

Rayon prokurorluğu isə qaldırdığı cinayət işinə rəğmən, kimsəni saxlamayıb. Gələn məlumatlara görə, prokurorluq orqanları hadisəni törətmiş şəxsi deyil, başqa birini günahkar çıxararaq, onu bədbəxt etmək fikrindədir. Politika.az-a daxil olan bilgilərdə vurğulanır ki, hazırda bu istiqamətdə bəzi işlər görünür və rayonda «yetim» axtarışına başlanılıb.

Maraqlıdır ki, adicə vətəndaş polis serjantı ilə mübahisə edib, hüquqlarını qorumağa çalışarkən onu «polisə müqavimət» adı ilə həbs edirlər. Amma rayonun mühüm postlarından birinin rəisi günün günorta çağı döyüldüyü halda, kimsə hadisəni törətmiş şəxsə güldən ağır söz demir. Təbii ki, burada onun dayısının icra başçısının birinci müavinini olması mühüm rol oynayır. Lakin unudulan mühüm bir məqam var.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, məmur özbaşınalığına qarşı barışmaz olacaq. İndiyə qədər qudurğanlıq etmiş bir neçə məmurun övladı cəzalandırılıb, ataları isə işdən çıxarılıb. Aydın məsələdir ki, Bağır Aslanov da bu məsələdən xəbərdardır.

Və o, bacısı oğlunun özbaşınalığını gizlətməklə Prezidentin qəzəbinə tuş gəlmək istəmir. Çünki bundan əvvəl də analoji hadisələrin ictimailəşməsi səbəbindən məmurlar vəzifələrini itiriblər. Və onlardan birinin də Bağır Aslanov olacağı istisna deyil.

Qeyd edək ki, Bağır Aslanov Füzulinin icra başçısı Alı Alıyevin Fransaya səfərdə olması səbəbindən faktiki olaraq rayona rəhbərlik edir. Onun atdığı addımlar və yaxınlarının törətdiyi əməlləri isə nəinki özbaşınalıq, hətta qanunsuzluğun ən pik həddindədir. Elə bu səbəbdəndir ki, rayonda əhali artıq dillənməyə, narazılıq etməyə başlayıb. Onlar Bağır Aslanovun hərəkətələrinə qiymət verilməsini tələb edirlər.

İcra başçısının müavini Bağır Aslanovun bacısı oğlu avtoşluq etdiyi üçün qanunu pozduğu halda, dayısına güvənərək, o həddə özbaşınalıq edib ki, ona mütləq hüquqi rəy verilməlidir. Bacıoğlunun Yol Polis Bölməsinin rəisi Müşfiq Əmirovu döyərək, xəstəxanalıq etməsi cinayət işi sayılır.

Dövlət məmuruna qarşı bu hərəkətin edilməsi özbaşınalıq üçün səbəb ola bilər və cəmiyyət tərəfindən qınanan haldır. Elə Prezident İlham Əliyev də xalqın istəyini nəzərə alaraq, qudurğanlıq edən məmur və övladlarını cəzalandırmaqdadır. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net