Deputat sahibkarları və polis rəisini hədəfə aldı: "Hacı Mazan"la isə...
Tarix: 10-03-2016, 11:10 | Çap et
Deputat sahibkarları və polis rəisini hədəfə aldı: "Hacı Mazan"la isə...
Bir müddətdir ki, adı müxtəlif qalmaqallarda hallanan və Masallını Milli Məclisdə təmsil edən, əslində isə iş adamı kimi tanınan biznesmen deputat Nəriman Əliyevlə bağlı yeni iddia ortaya çıxıb.
"AzadMedia"ya daxil olan ilginc məlumata görə, deputat bu dəfə Masallıda bir neçə böyük biznesmenlə üz-üzə gəlmək məcburiyyətində qalıb. Belə ki, hazırda Nəriman Əliyevlə Masallı Kərpic zavodunun müdiri Fəxrəddin adlı iş adamının maraqları ciddi şəkildə toqquşub. Amma bu dəfə obrazlı desək, deputatın gəmisi tufana düşüb.
Belə ki, Fəxrəddinlə qarşı-qarşıya gəlməsi onu QMİ sədri Hacı Allahşükür Paşazadənin qohumu Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovla da üz-üzə qoyub. Eyni zamanda deputatın rayonun polis rəisi Nəriman İmanov və tanınmış iş adamı, “Embawood” şirkətinin sahibi Məşur Məmmədovla da münasibətləri gərginləşib.
Vəziyyət o həddə çatıb ki, deputat rəqiblərinə qarşı kompromat savaşına başlayıb.
Mənbə bildirir ki, deputat bir neçə gün öncə diplomunun və hərbi biletinin saxta olması ilə bağlı xəbərlərin də məhz rəqibləri tərəfindən mediaya ötürüldüyünü iddia edib. Məlumatda deyilir ki, adıçəkilən şəxslərə qarşı Nəriman Əliyev zaman-zaman mənfi münasibət sərgiləyib. Masallıdan Milli Məclisə mandat alan Əliyev rəqiblərinin Masallıda nüfuz qazanmasını heç cür həzm edə bilməyib və vaxtaşırı onlarla bağlı müəyyən dairələrə məlumat ötürüb.
Görünən odur ki, Nəriman Əliyev hazırda bir neçə tanınmış iş adamını hədəfə alıb. Bu da münaqişənin çətin olacağından xəbər verir. Hacı Mazanla üz-üzə gəlməsi və onunla bağlı yuxarı dairələrə komprmat ötürməsi isə Əliyevin biznes fəaliyyətinin sonunu yaxınlaşdıra bilər.
Ən son məlumatlarda isə bildirilir ki, rəqibləri biznesmen-deputatın bu özbaşınalıqlarından hüquq-mühafizə orqanlarına, həmçinin Milli Məclis rəhbərliyinə müraciət etməyi düşünürlər.
Mövzu ilə bağlı daha ilginc məlumatlar əldə etmişik. Həmin məlumatları dəqiqləşdirdikdən sonra oxuculara ətraflı məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net