“Bakcell”in meqabayt fırıldağı – Şikayət
Tarix: 9-03-2016, 12:07 | Çap et
“Bakcell”in meqabayt fırıldağı – Şikayət
“Bakcell” mobil operatorundan şikayətlər səngimir

Vertikal.az Vizual.az-a istinadən xəbər verir ki, kütləviləşən narazılıqla bağlı dövlət başçısına da müraciətlər ünvanlanır. Abunəçilər nəhəng mobil operator şirkətinin fırıldaqlarını faktlarla təqdim edirlər.

İra Muradlı adlı daha bir abunəçi “Bakcell”in yalanını ifşa edib: “Konturu yüklədikdən sonra meqabayt yüklənir, cəmi 3 vatsap mesajından sonra həm megabayt, həm də balans sıfırlanır. Əvvəlcə elə bildim ki, “cellu”lar data gecədən açıq qalıb deyə bitdi, həm kontur, həm də megabayt.

Yenə kontur yüklədim, eyni şey baş verdi. HEÇ BİR XİDMƏTƏ ABUNƏ OLMADIĞIM HALDA, Cellular Data-da Whatsappdan başqa heç bir proqram aktiv olmadığı halda bu nə deməkdir ?!

Əvvəl 25 mb gün ərzində yalnız bir programda işlədirdim, hələ bitmirdi. indi nə dəyişdi? megabayt da dəyərdən düşüb ?!”.

İlk öncə salamlar. Mənim böyük böyük şikayətim, Bakcell-dəndir. Bu nə özbaşınalıqdır ?! Bu nə deməkdir ?! Konturu yüklədikdən sonra megabayt yüklənir, cəmi 3 whatsapp mesajından sonra həm megabayt, həm də balans sıfırlanır.

Əvvəlcə elə bildim ki, cellular data gecədən açıq qalıb deyə bitdi həm kontur, həm də megabayt. yenə kontur yüklədim. eyni şey baş verdi. HEÇ BİR XİDMƏTƏ ABUNƏ OLMADIĞIM HALDA, Cellular Data-da Whatsappdan başqa heç bir program aktiv olmadığı halda bu nə deməkdir ?! əvvəl 25 mb gün ərzində yalnız bir programda işlədirdim, hələ bitmirdi. indi nə dəyişdi? meqabayt da dəyərdən düşüb ?! Bakcell-dən tanıdığınız məsul şəxslər və ya sualıma cavab verə biləcək biri varsa tag edin zəhmət olmasa”.

İlkin Mirzəzadə adlı abunəçi iki ilə yaxındır Bakcellin Klass L tarifindədir: “Bu tarif necə deyərlər adama soyur . 5 manat aylıq 100 dəqiqə danışıq,100 sms ,100 mb internet verir. Bu yaxşı tərəfidir. İndi gəlin aylıq 5 manat vermək istəməyəndə nə olur. Bu tarifdən çıxmaq 5 manata başa gəlir. Lakin çıxmaq istədiyin zaman yeni paket aktivləşir və beləliklə 10 manat ziyana düşürsən.

Yeni paket almadıqda Bakcell sanksiya tətbiq edir. Konturun olmasına rəğmən 2 gün sonra nömrən bağlanır. Belə sual verim bəlkə müştəri 5 manat istəmir vurmaq? Hələ Bakcellin internet fırldağın demirəm, xaricdə internet tükənəndə avtomatik dayanır və kontur çıxılmır indi hünərin varsa internet paketi bitsin. Gəldik yenə Bakcellin gözəl Klass tariflərinə məsləhətim odur ki, heç bu tarifə keçməyəsiniz”.

Bundan başqa, müştərilərin istəyi nəzərə alınmadan “Mançester Yunayted” pullu xidmətinə abunə edir, balansdan pul silirlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net